İkinci Vətən Müharibəsinin 2 oktyabr Şəhidi-AİLƏNİN İKİ OĞLAN ÖVLADINDAN BİRİ, GİZİR RƏŞAD MİRZƏLİ – ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (4)

Bu gün Tərtər rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rəşad Hafiz oğlu Mirzəlinin Anım Günüdür.

Rəşad Mirzəlinin Əbədiyyətə uğurlanmasından üç il keçir.

Etikxeber.az xəbər verir ki, Rəşad Mirzəli 1995-ci ilin 26 may tarixində Tərtər rayonunun Hacıqərvənd kəndində dünyaya gəlib…

Ailənin iki oğlan övladından biri və sonbeşiyi olub…

Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb və hərbi xidmət zamanı Azərbaycan Ordusunun sülhməramlı qüvvələrinin sırasında 6 ay qulluq edib…

Sonra isə digər Əsgər yoldaşları ilə birlikdə könüllü olaraq xidmətini Əfqanıstanda davam etdirib.

Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təşəkkürnamə ilə təltif edilib, həmçinin Prezident ona gümüş saat hədiyyə edib…

Hərbi qulluq müddətini başa vurduqdan sonra Azərbaycana qayıdan Rəşad Mirzəli Azərbaycan Silahlı Qüvvələrinin sırasında müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) başlayıb…

Müqaviləsi başa çatdıqdan sonra Mingəçevir Şəhər İdman və Turizm Kollecinə daxil olub və təhsilini davam etdirərkən sənədlərini Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Gizir Hazırlığı Kursuna təqdim edib…

Kursu bitirdikdən sonra isə Goranboyda yerləşən “N” saylı hərbi hissədə Gizir kimi fəaliyyətə başlayıb və nümunəvi, intizamlı olduğu üçün onu tağım komandirinin müavini təyin ediblər…

İkinci Vətən Müharibəsinin ilk günlərindən də döyüş meydanına atılıb…

Rəşad və onun döyüş yoldaşları Murov yüksəkliyi, Tərtərin Talış kəndi istiqamətində uğurlu hərbi əməliyyatlar keçirib…

Sonrakı istiqamət Tərtər rayonunun Suqovuşan kəndi olub və Rəşad Mirzəli oktyabrın 1-də, 25 yaşında Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb…

Ailəsi-atası ilə də sonuncu dəfə Şəhidliyindən bir gün öncə, sentyabrın 30-da danışıb…

Və nəşi bir gün sonra, oktyabrın 2-də Hacıqərvənd kənd qəbiristanlığında torpağa tapşırılıb….

Şəhidliyindən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib…

Rəşad həm də subay olub.

Eyni zamanda, Şəhidin anası Afidə Mirzəyeva bu yaxınlarda Tərtər rayonunun Talış kənd tam orta məktəbinə direktor təyin olunub.

***

Bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Ailəsinə, valideynlərinə, tək qardaşına Allahdan səbr və dözüm arzulanıb.

Sonra Şəhidin ocağında Anım mərasimi düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar oxunub.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, yaxınları, Tərtər, Biləsuvar Kürdəmirli Şəhid ailələri, hərbçilər, Qazilər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

12:12

***

FOTOLAR:

ÜÇ İLDİR YOLUNU HƏSRƏTLƏ GÖZLƏYƏN OTAĞI…

12:16

***

TƏRTƏR VƏ KÜRDƏMİRLİ ŞƏHİD ANALARI…QƏHRƏMAN OĞLULLARIN QƏHRƏMAN ANALARI…DƏRD VƏ QÜRUR ORTAQLARI…

12:20

***

“Daşdan, məzardan mənə oğlu olmaz…”deyib FƏRYAD EDƏN, DAŞA, MƏZARA DÖNƏN ANA…DƏRDLİ, YARALI ANA…SÖZÜN BİTDİYİ YER YENƏ…

12:23

***

TƏRTƏR VƏ KÜRDƏMİRLİ QƏHRƏMAN AİLƏLƏR…QƏHRƏMAN OĞULLARIN QƏHRƏMAN VALİDEYİNLƏRİ…ALLAH SƏBR VƏ DÖZÜMLƏRİNİ VERSİN!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əbədiyyətə uğurlanmasınan üç il ötən Şəhid Dünyamin Tağızadə-BU GÜN ONUN ANIM GÜNÜDÜR…

Read Next

“Əgər vəziyyət sabit və proqnozlaşdırılan olmasa, investorların gələrək öz kapitalını risk altına atmasını gözləmək olmaz…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir