“Mən Əsgərliyə gedirəm və Şəhid kimi evimizə dönəcəyəm”-deyən İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN İKİ OĞLAN VƏ SUBAY ÖVLADINDAN BİRİ, CƏMİ 3 AYIN ƏSGƏRİ, AĞDAŞLI-YUSİF ELTON OĞLU NƏBİYEV… – FOTOLAR – YENİLƏNİB

Bu gün, 9 oktyabr 2023-cü il tarixində-günorta saatlarında Ağdaş rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Yusif Elton oğlu Nəbiyevin ocağına baş çəkdim…

Nur üzlü, Yusif simalı Şəhidimizin evini, ailəsini, Dərdli, Yaralı, həm də Qəhrəman valideynlərini ziyarət etdim…

Ağdaşın Aşağı Zeynəddin kəndində, kasıb bir evdə yaşayan Şəhidimizin ailə üzvləri, doğmaları ilə bir araya gəldim…

Və bu yerdə qeyd edim ki, ilk dəfəydi Şəhidimizin ocağında olurdum…

Şəhidimizin valideynlərinə, doğmalarına Allahdan səbr və dözüm dilədim…

“Şəhidimizin ruhu şad, məkanı cənnətlik olsun!”-dedim…

Müqəddəs ruhu qarşısında baş əydiyimi bildirdim…

Şəhidimizin valideynləri, doğmaları ilə söhbətləşdim, dərdləşdim…

Sabah, 10 oktyabr tarixində üçüncü ildönümü, Anım Günü olan Şəhidimizin valideynlərinə, doğmalarına təsəlli verməyə çalışdım…

Sonra Şəhidimizin atası Elton Nəbiyevlə Yusifin məzarını ziyarət etdim…

Bir daha ruhu qarşısında baş əydim və ruhuna dualar etdim Nur üzlümüzün…

Qeyd edim ki, Yusif Nəbiyev 2002-ci ilin may ayının 27-də çox kasıb, çox sadə bir ailədə dünyaya gəlib...

Ailənin iki övladından, iki qardaşdan biri olub…

Ondan 4 yaş böyük olan qardaşı hazırda ailəlidir…

Əvvəlcə öz kəndlərində, sonra Ağdaşda orta məktəbdə oxuyub…

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2020-ci ilin yayında isə Əsgərliyə yollanıb, Ağcabədi istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb…

İkinci Vətən Müharibəsi başlayan zaman cəmi 3 ayın Əsgəri olub…

Axırıncı dəfə ailəsi ilə oktyabrın 7-də danışıb…

Şərəfli döyüş yolu 13 gün çəkib və oktyabrın 9-da, səhər saatlarında Füzuli istiqamətində Şəhidlik məqamına ucalıb…

Şəhidliyi xəbəri isə ailəsinə 10-u günü tezdən verilib…

Və elə həmin gün kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” “Cəsur döyüşçü” medalları ilə təltif olunub…

Şəhidliyindən sonra yaşadıqları küçəyə adı verilib…

O, həm də subay olub…

Yusif eyni zamanda, Aşağı Zeynəddin kəndinin yeganə İkinci Vətən Müharibəsi Şəhididir…

Məqamı Uca, dərgahı mübarək olsun!

Nur içində uyusun!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Anım Günü olan İlkin Süleymanov-AİLƏNİN DÖRD ÖVLADINDAN BİRİ, ÜÇ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN ŞƏHİDİMİZ… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

İki qardaş… Həm Bərdəli, həm də Ağdamlı Qəhrəman qardaşlar…Hər ikisi də İkinci Vətən Müharibəsi iştirakçısı-QAZİ UCAL VƏ ÖMƏR ƏLİYEVLƏR… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir