İki qardaş… Həm Bərdəli, həm də Ağdamlı Qəhrəman qardaşlar…Hər ikisi də İkinci Vətən Müharibəsi iştirakçısı-QAZİ UCAL VƏ ÖMƏR ƏLİYEVLƏR… – FOTOLAR

Ucal Habil oğlu Əliyev…

Əslən Ağdamlı, özü isə Bərdə-Alaçadırlı doğumlu…

İgid, Qəhrəman, Vətən sevdalısı Azərbaycan övladı…

İkinci Vətən Müharibəsi 12-13 sentyabr döyüşlərinin iştirakçısı…

Üçüncü qrup Qarabağ-müharibə əlili…

Qeyd edim ki, əslən Ağdam rayonundan və məcburi köçkün olan Ucal Əliyev 2001-ci ilin yanvar ayının 9-da Bərdə rayonunun Alaçadırlı kəndində, sadə bir ailədə dünyaya gəlib…

Ailənin iki oğlan övladından, iki qardaşdan biridir…

Qardaşı Ömər də ondan 10 ay sonra, 2001-ci ilin sonlarında dünyaya gəlib…

Habil 2019-cu ilin yanvarından 2020-ci ilin iyul ayına kimi həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb…

Əsgərliyini başa vurduqdan dərhal sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

Kurs keçib, Azərbaycan Ordusunda hərbçi kimi fəaliyyətə başlayıb…

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərə atılıb…

Murovdağ, Talış, Suqovuşan istiqamətlərində döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…

Müharibədən sonra “Suqovuşanın azad olunmasına görə” “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub…

Eyni zamanda, bir peşəkar bir hərbçi, bir Vətən sevdalısı kimi ötən ilin 12-13 sentyabr döyüşlərində iştirak edib və sol ayağından ağır yaralabıb…

40 gündən artıq Bakı şəhərində yerləşən Hərbi hospitalda ağır müayinə-müalicədən keçib…

Sonra evə, məzuniyyətə buraxılıb və mütəmadi müalicə-müayinə alıb…

Və bu ilin sentyabr ayında Ordudan təxris olunub, üçüncü qrup (ömürlük) əlillik dərəcəsi alıb…

Müdaiə nazirinin əmri ilə “Şücaətə görə” medalı ilə təltif olunub…

22 yaşlı Qazimiz hazırda subaydır…

Qardaşı Ömər də Azərbaycan Ordusunun, cəmi 9 ayın Əsgəri kimi İkinci Vətən Müharibəsinin iştirakçısı olub…

Zəngilan, Füzuli, Cəbrayılı və Qubadlı istiqamətlərində döyüşlərdə iştirak edib…

Müharibədən sonra “Zəngilanın azad olunmasına görə” “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb…

2021-ci ilin yayında Əsgərliyini başa vurub, evinə-ailəsinə dönüb…

İki övlad, iki qardaş və ikisi də Qəhrəman…

Qəhrəman qardaşlar və Qəhrəmanlar ailəsi!

***

Bu gün axşam saatlarında Şəhid oğlu, Qazi Elşən Nəsirovla Ucal və Ömər qardaşlarını, onların ailəsini ziyarət etdim…

Hər iki qardaş-hər ikisi də olduqca sadə, təvazökar, tərbiyəli, istiqanlı…

Hər ikisi də qeyd etdiyim kimi, əsl Vətən sevdalısı…

Ziyarət zamanı həm özlərinə, həm də valideynlərinə can sağlığı, uzun ömür, səadət arzuladım…

Bir saata yaxın söhbətləşdim, həmsöhbət oldum…

Və Fəxr etdim, Qürurlandım ki, belə bir Qəhrəman oğullarla, Qəhrəman ailə tanış oldum…

Allah hər iki Qəhrəman qardaşı və onları dünyaya gətirən Qəhrəman valideynləri qorusun!

Böyük Yaradan Yar və Yardımçıları olsun!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Mən Əsgərliyə gedirəm və Şəhid kimi evimizə dönəcəyəm”-deyən İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN İKİ OĞLAN VƏ SUBAY ÖVLADINDAN BİRİ, CƏMİ 3 AYIN ƏSGƏRİ, AĞDAŞLI-YUSİF ELTON OĞLU NƏBİYEV… – FOTOLAR – YENİLƏNİB

Read Next

İkinci Vətən Müharibəsinin 10 oktyabr Şəhidləri: ANASI TƏRƏFİNDƏN TƏKBAŞINA, KİRAYƏLƏRDƏ BÖYÜDÜLƏN FƏXRİ QƏRİBZADƏ VƏ ÖZÜNDƏN SONRA XALASI OĞLU DA ŞƏHİD OLAN NOFƏL NURİYEV – HƏLƏ DƏ ORDEN HAQQI TANINMAYAN HƏR İKİ ŞƏHİDİN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir