Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da Bakı Konqres Mərkəzinin qarşısında yeni salınmış istirahət parkının açılışında iştirak etdilər.
Etikxeber.az xəbər verir ki, dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsdi.
İlham Əliyev və Mehriban Əliyeva eyni zamanda, Bakı şəhəri Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış oldular.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov küçədə görülən yenidənqurma işləri barədə dövlətimizin başçısına məlumat verdi
Prezident küçənin rəmzi açılışını bildirən lenti kəsdi.
Bununla yanaşı, Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin açılışı oldu.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Etikxeber.az