Hacıqabullu İkinci Vətən Müharibəsi Şəhidi, ailənin yeddi övladından biri, Aprel döyüşlərinin iştirakçısı, dörd medallı-HÜSEYN ABBASOVUN BU GÜN ANIM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB – (1)

Hacıqabul rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi Hüseyn Əlizadə oğlu Abbasovun Əbədiyyətə uğurlanmasının üçüncü ilə bağlı bu gün səhər saatlarında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Sonra Şəhidin Əbədiyyətə uğurlanmasının üçüncü ilə bağlı Anım mərasimi düzənlənib, adına ehsan verilib.

Bir daha ruhuna dualar edilib.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, hərbçilər, Hacıqabul rayon İcra Hakimiyyətinin məsul şəxsləri, din xadimləri və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Hüseyn Abbasov 1993-ci ilin fevral ayının 13-də Hacıqabul rayonunda dünyaya gəlib.

Ailənin yeddi övladından, dörd qardaşdan biri və evin sonbeşiyi olub.

2000-2011-ci illərdə orta məktəbdə oxuyub, 2011-2015-ci illərAzərbaycan Texniki Universitetində ali təhsil alıb.

2015-2016-cı illərdə hərbi xidmətdə olub, Aprel döyüşlərində iştirak edib.

Əsgərlikdən sonra həyatını Ordu, hərb ilə bağlayıb.

İkinci Vətən Müharibəsi zamanı isə Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhid olub.

Oktyabr ayının 6-da Şəhid olsa da, nəşi bir ay 23 gün sonra, noyabr ayının 29-da Hacıqabul rayon qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra dörd medalla təltif olunub.

O, həm də nişanlı olub.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

15:40

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Mingəçevir Şəhidləri ilə bağlı-ZABİTLƏR EVİNDƏ TƏDBİR DÜZƏNLƏNDİ, MİNGƏÇEVİRDƏ “ZƏFƏR SEYRANGAHI”NIN YARADILMASI TƏKLİF OLUNDU – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Şabranlı İkinci Vətən Müharibəsi Şəhidi, Xüsusi Təyinatlı-XƏYAL HƏSƏNOVUN BU GÜN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR…25 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNACAQ, MƏRASİM DÜZƏNLƏCƏK, “BİR ÖMÜRƏ SIĞMAYAN QƏHRƏMAN” KİTABININ TƏQDİMATI OLACAQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir