“15-17 yaşlı narkotik istifadəçilərinin sayı statistikada 9 nəfər olsa da, bu, tam statistikanı əks etdirmir”- SƏHİYYƏ NAZİRLİYİ RƏSMİSİ

Hazırda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 33 788 nəfərdir. Bu, 2020-ci ilin sonuna olan statistikadır. Bu ilin statistikası gələn ilin yanvar ayında olacaq.

Etikxeber.az məlumat verir ki, bunu Səhiyyə Nazirliyinin “Instagram” səhifəsində “Narkomaniya ilə mübarizə” mövzusunda canlı yayımda Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib.

O, bildirib ki, ölkədə 65 yaşdan yuxarı narkotik istifadəçilərinin də qeydiyyatı aparılır:

“Azərbaycanda 65 yaşdan yuxarı 207 nəfər narkotik istifadəçisi qeydiyyatdadır. Son vaxtlar narkotik istifadəçilərinin sayında artım var. Bu, aparılan işlər nəticəsində rəsmi qeydiyyata düşənlərin sayının artması ilə bağlıdır. Yeniyetmələrin narkotikdən istifadə halları müşahidə edilir. 15-17 yaşlı narkotik istifadəçilərinin sayı statistikada 9 nəfər olsa da, bu, tam statistikanı əks etdirmir. Çox vaxt narkotik istifadəçiləri müalicə üçün müraciət etmir”.

Etikxeber.az

Read Previous

Ağdamlı Şəhid Samir Fərzəliyevin Cənnətdəki yubiley doğum günü: 25 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, ÜÇOĞLANDA ADINA VERİLMİŞ SİNİF OTAĞININ AÇILIŞI OLDU, MƏRASİM KEÇİRİLDİ…-FOTOLAR- YENİLƏNİB – (5)

Read Next

Daha 1210 yeni yoluxma-DAHA 15 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir