15 iyul çevrilişinə cəhddən 3 il ötür – “FETÖ”-YƏ TAM QALİB GƏLİNƏCƏKMİ, “SİYASİ AYAQ” İFŞA EDİLƏCƏKMİ?

Bu gün- 15 iyul Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd olunur.

Etikxeber.az  xəbər verir ki, 2016-cı il iyulun 15-də Türkiyə xalqı mütəşəkkil olaraq ayağa qalxaraq FETÖ terror təşkilatı tərəfindən hərbi yolla dövlət çevrilişinə cəhdin qarşısını alıb.

Qiyamçı hərbiçilərin atəşləri və digər qanunsuz hərəkətləri nəticəsində 250 vətəndaş şəhid olub, 1500-dən çox insan yaralanıb. Şəhidlər və yaralılar arasında qadınlar, uşaqlar və qocalar da olub.

Demokratiya və Milli Birlik Günü ölkənin hər yerində, o cümlədən ölkə xaricində, eləcə də Türkiyənin diplomatik nümayəndəliklərində qeyd olunur.

Türkiyə hökuməti dövlət çevrilişi cəhdindən sonra FETÖ terror təşkilatına qarşı başladığı anti-terror əməliyyatlarını davam etdirir.

fetullah

erdoqan-6

İllərdən bəri Silahlı Qüvvələrdə, hüquq-mühafizə, o cümlədən məhkəmə orqanlarında, ayrı-ayrı hökumət strukturlarında köklənən FETÖ-çuların təmizlənməsi prosesi hələ də başa çatmayıb.

Dövlət əleyhinə fəaliyyətdə ittiham olunaraq həbs edilənlər arasında minlərlə şəxsə məhkəmə hökmü oxunub.

Eyni zamanda FETÖ-nin lideri Fətullah Gülənin hələ də həbsinə və Türkiyəyə təhvil verilməsinə nail olunmayıb.

Türkiyənin cəhdlərinə baxmayaraq, ABŞ onu təhvil verməkdən müxtəlif bəhanələrlə yayınır.

KEMALLL

aksener-iha

Eyni zamanda, Türkiyə müxalifəti-CXP və “İYİ Parti” hakimiyyəti FETÖ-nün “siyasi ayağı”nı hələ də tam ifşa etməməkdə və bunda maraqlı ittiham edir.

Onların iddiasına görə,  çünki “siyasi ayaq” elə hakimiyyətin və AKP-nin özündədir, hələ də bəzi strukturlarda gizli və açıq fəaliyyətdədir.

Etikxeber.az

Read Previous

YAZILMAMIŞ SEVGİ DASTANI – Millət vəkili yazır

Read Next

Bəxt hansı ölkənin üzünə güləcək: ƏLCƏZAİRİN, YOXSA, SENEQALIN?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir