“15-lər”-İlk çağırış MM-in xanım üzvləri- ZEYNƏB XANLAROVA, ŞƏFİQƏ MƏMMƏDOVA, SƏMAYƏ PİRİYEVA, GÜLNARƏ QURBANOVA, QUDALAR, KEÇMİŞ YAP-ÇI VƏ ADP-ÇİLƏR…

Məlum olduğu kimi, bir neçə gün öncə-9 fevral tarixində Azərbaycanda növbədənkənar-6-cı parlament seçkiləri keçirildi.

Etikxeber.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı ilkin nəticələrə görə, seçkilərin qalibləri arasında 21 xanım deputatlğa namizəd var.

Qeyd edək ki, 5-ci çağırışda da xanım parlamentarilərin sayı 21 idi.

Bəs görəsən, ilk-birinci çağırış Milli Məclisin (MM) üzvləri arasında neçə xanım parlamentari olmuşdu və onlar kimlərdir, hazırda nə işlə məşğul olurlar?

Qeyd etmək yerinə düşər ki, birinci çağırışda 15 xanım millət vəkili təmsil olunurdu.

Həmin xanım millət vəkilləri bunlar idi: SSRİ Xalq artisti, ünlü sənətkar, iki dəfə keşmiş Ali Sovetin üzvü Zeynəb Xanlarova, keçmiş Ali Sovetin üzvü, “raykom” katibi Asya Manafova, Xalq artisti Şəfiqə Məmmədova, Azərbaycan SSR Ali Sovetinin və keçmiş SSRİ Ali Sovetinin deputatı, məşhur əmək qəhrəmanı Tərlan Musayeva, icra başçısının birinci müavini (sonra icra başçısı oldu) Səmayə Piriyeva, tarix elmləri doktoru Naira Şahtaxtinskaya, alim Nigar Ələkbərova, şərqşünas Çimnaz Əliyeva, YAP-ın Ağdam rayon təşkilatının keçmiş sədri Zəminə DünyamalıyevaSolmaz Ələsgərova (sonra hər iksi YAP-dan istefa verib ADP-yə keçdilər Rəsul Quliyevin tərəfdarları kimi), şairə Minayə Əliyeva, Elmira Qasımova, keçmiş Ali Sovetin üzvü, mərhum Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova (sonra YAP-dan istefa verib, Etibar Hüsənlinin AMİP-inə keçdi, daha sonra oradan da istefa verdi), BDU-nun müəllimi, şərqşünas və İslam Partiyasının üzvü Əsmətxanım Məmmədova və YAP Siyasi Şurasının üzvü, professor, Prezident Administrasiyasının (PA) Humanitar siyasət şöbəsinin sabiq müdiri Fatma Abdullazadə.

Qeyd edək ki, həmin xanım deputatlardan Zeynəb Xanlarova sonra 4 dəfə, Əsmətxanım Məmmədova bir dəfə (yəni, ikinci dəfə) deputat seçildilər. Hazırda hər ikisi təqaüddədir. Zeynəb Xanlarova növbəti-6-cı çağırış MM-ə seçkilərə qatılmadı.

Səfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədridir, fəlsəfə elmləri doktoru Nigar Ələkbərova hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və Siyasi İdarəetmə kafedrasının müdiridir.

Nairə Şahtaxtinskaya Asya Manafova diplomatik fəaliyyətdən sonra sərəncamdadırlar, heç bir yerdə işləmirlər.

Zəminə Dünyamalıyeva Əli İnsanovun yaratdığı partiyanın sədr müavinidir.

Səmayə Piriyeva, Minayə Əliyeva, keçmiş YAP-çı və eks-ADP-çi Solmaz Ələsgərova, qudalar Elmira Qasımova Çimnaz Əliyeva, Fatma Abdullazadə təqaüdçüdürlər.

Tərlan Musayeva Prezident təqüdçüsüdür.

Gülnarə Qurbanova isə son illərə kimi, BDU-da dərs deyirdi, bir ara Milli Şurada da təmsil olundu…

Etikxeber.az

Read Previous

“Yol infrastrukturu çox bərbad vəziyyətdədir…”- Prezident Kürdəmirdə və AÇILIŞLARDA – FOTOLAR – YENİLƏNİB – (6)

Read Next

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura-İMZA ATDI – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir