“15 min 200 tələbənin təhsil haqqının ödənilməsi üçün 40 milyon manat vəsait nəzərdə tutulub ki…”-TAHİR MİRKİŞİLİ – MALİYYƏ NAZİRLİYİ DƏ TƏHSİL HAQLARI MƏSƏLƏSİNƏ AYDINLIQ GƏTİRDİ – YENİLƏNİB

2019-2020-ci tədris ilində ali məktəblərdə ödənişli təhsil alan 15 min 200 tələbənin təhsil haqqının ödənilməsi üçün 40 milyon manat vəsait nəzərdə tutulub.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Eyni zamanda, ödənişli təhsil alanların hamısına güzəştlərin edilməsi məsələsinə toxunan komitə sədri burada ümumi prinsipin daha çox ehtiyacı olanlara kömək etməkdən ibarət olduğunu bildirib.

“Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dövlət büdcəsində ölkənin təhlükəsizlik və müdafiə qabiliyyətinin artırılması üçün yetərli qədər vəsait ayrılıb. Buna heç kimin şübhəsi olmasın”-deyən komitə sədri bildirib ki, dövlət büdcəsi və ölkəmizin ehtiyatları müdafiə qabiliyyətinin gücləndirilməsinə imkan verir. 

Həmçinin “Dövlət büdcəsində sahibkarlığa dəstək üçün nəzərdə tutulan vəsait azaldılmayıb”deyən T. Mirkişilinin bildirdiyinə görə, sahibkarların pandemiya və böhran dövründən daha yaxşı vəziyyətdə çıxması üçün dövlət dəstəyini davam etdirəcək:

“Sahibkarlara dövlət dəstəyi daha bir ay uzadılıb. Bu ilin iyul ayı tarixinə qədər bütövlükdə 24 300 sahibkarın 210 min muzdlu işçisinə dövlət tərəfindən vəsait ayrılıb. Sahibkarlığa dəstəyin dövlət büdcəsində investisiya xərcləri olduğu kimi saxlanılıb”. 

11:38

***

“Sosial həssas qrupa aid olan tələbələrin sayının artırılması məsələsinə Təhsil Nazirliyi ilə birgə baxa bilərik”.

Bunu isə Maliyyə nazirinin müavini Azər Bayramov deyib.

Nazir müavini bildirib ki, bu tələbələr xüsusi kriteriyalar əsasında müəyyənləşib. Onun sözlərinə görə, büdcədə bu istiqamətdə də kifayət qədər vəsait nəzərdə tutulub:

“Pandemiya ilə əlaqədar tədbirlər çərçivəsində bütövlükdə dövlət büdcəsi hesabına maliyyələşən tələbələr üçün əlavə 40 milyon manat vəsait ayrılıb. Artıq 2020-ci ilin ikinci semestri ilə bağlı 13 milyon manat bu istiqamətə yönəlib. Bu kriteriyalara yenidən gərək Təhsil Nazirliyinin mütəxəssisləri ilə birgə baxaq. Çünki vəsaitlərin ayrılması, həm də onların şəffaf xərclənməsinə də nəzarət lazımdır. Bu günə kimi müəyyən olunmuş əlavə kriteriyalar konkret mənbələri məlum olan məlumat bazalarına əsaslanır. Bu sayın genişlənməsi vacib amildir. Amma burada konkret kriteriyaların müəyyən olunması vacibdir”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Müddəti uzatmaq çox ciddi problemlərə gətirib çıxara bilər… İstehsal sahələrinin təcili işləməsi lazımdır…”-VAHİD ƏHMƏDOV

Read Next

“Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur…”-AQİL ABBASDAN SƏRT SÖZLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir