15 sentyabr: Bakının qurtuluşu, “Azərbaycan”ın yaranışı-VƏ TƏDRİS İLİNİN İLK GÜNÜ – DEPUTAT YAZDI – (ÖZƏL)

Bu gün xalqımız, dövlətimiz, insanlarımız, vətəndaşlarımız üçün çox əlamətdar, tarixi, unudulmaz gündür…

Bu gün həm Bakının erməni quldurlarından, cəlladlarından azad edildiyi gündür, bu gün həm xalqımızın maarifçilik tarixində, milli mətbuatımızın formalaşmasında böyük xidmətləri olmuş, bu gün də varlığını sürdürən, parlamentimizin orqanı olan “Azərbaycan” qəzetinin yaranma gündür, bu gün həm də Azərbayca təhsilində yeni tədrdis ilinin başlnanması günüdür…

Düz 102 il öncə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz-İslam Ordusunun gəlişi və xalqımızın mərd, igid, azadlıqsevər övladlarının iştirakı, birgə mübarizəsi ilə işğal altında olan baş çəhərimiz-paytaxtımız Bakı şəhəri erməni murdarlarından, işğalçı Bakı komissarlarının anti-Azərbaycan kommunasından azad olundu, yenidən özgürlüyünə qoşuşdu…

Payxtaxtımız, Cümhuriyyət hökumətimiz müvəqqəti paytaxt funksiyasını (həm də uğurla) yerinə yetirən Gəncəmizdən Bakımıza köçdü…

Bakı yenidən baş şəhərimiz oldu…

15 sentyabr 1918-ci il tarixə-tarximizə Bakımızın qurtuluşu, azad olunması kimi düşdü, qızıl hərflərlə yazıldı…Və təsadüfi deyil ki, iki il öncə Bakımızın işğaldan azad olunmasının 100 illiyi təntənəli şəkildə, Azərbaycan və Türkiyə dövlət başçılarının birgə iştirakı ilə-Paradla qeyd olundu…

Həmin həm tarixi gün həm də iki qardaş-dost dövlətin, onların Liderlərinin timsalında bütün dünyaya yenidən birlik, bərabərlik, dostluq, qardaşlıq mesajları verildi, Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə münasibətlətinin əbədi və sarsılmaz olduğu nümayiş etdirildi…

Eyni zamanda, Bakımızın azad olunduğu gün qurucu babalarımız, Cümhuriyyət qurucularımız, böyük, nəhəng Hacıbəyli qardaşları və digər mütəfəkkirlərimiz, qələm adamlarımız tərəfindən “Azərbaycan” qəzetinin nəşrinə start verildi…Sevinc sevincə, bayram bayrama qarışdı…

Düzdür, həmin qəzetin də ömrü Cümhuriyyətimizin ömrü kimi qısa oldu, ancaq 1989-cu ildə yenidən “Azərbaycan” adlı qəzet işıq üzü gördü, 3 il sonra isə “Həyat” qəzetnin adı dəyişdirilərək, parlament orqanına öz adı – “Azərbaycan” qaytarıldı, yenidən parlamentimizin “Azərbaycan”ına çevrildi…

Artıq 28 ildir ki, “Azərbaycan” qəzetinin ənənələri davam etdirilir, yaşasılır…

Eyni zamanda, artıq uzun illərdir ki, Azərbaycanda tədris ili ənənəvi olaraq 1 sentyabr tarixində deyil, 15 sentyabr tarixində başlayır…

Həmin gün həm orta ümumtəhsil ocaqlarının, həm də ali və orta ixtisas məktəblərinin qapıları birincilərin, şagirdlərin, tələbələrin üzünə açılır…

Yenə də böyük sevinc, izdiham, həyəcan yaşanır…

Onu da qeyd etmək lazımdır, dünyada, o cümlədən, ölkəmizdə yaşanan pandemiya səbəbindən bu ilin mart ayının əvvəllərindən demək olar ki, tədris, təhsil prosesi yarımçıq dayandırımış, sinif otaqları, auditoriyalar boş və şafirdlərin, tələbələrin, müəllimlərin üzünə həsrət qalmışdı…

Hələ də pandemiyadan qurtulmamışq, hələ də müsbət dinamikaya rəğmən, koronavirus bəlası davam edir, ancaq Təhsil Nazirliyinin və Operativ Qərargahın bəzi istisnaları özündə əks etdirən məlum qərarı ilə bu gündən ölkədə yeni tədris ilinin başlanmasına start verildi, yenidən məktəblərimiz, tələbə auditoriyalarımız, şagirdlərimiz, tələbələrimiz seviməyə başladı…

Odur ki, hər üç əlamətdar hadisə-həm Bakımızın işğaldan azad olunmasının, həm “Azərbaycan” qəzetinin yaranmasının 102 illiyinin tamam olması, həm də yeni tədris ilinin başlanması münasibəti ilə xaqlımızı, insanlarımızı təbrik edir, həyatlarında, həyatımızda belə əlamətdar, tarixi günün, anın, günlərin, anların çox olmasını arzu edirəm.

Arzu edirəm, çox yaxın zamanlarda bu günü, bu anı işğal olunmuş torpaqlarımızda da qeyd edək.

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Bakının işğaldan azad olunmasının, “Azərbaycan” qəzetinin yaranmasının – 102 İLİ TAMAM OLUR

Read Next

“Bu, sonsuza qədər belə davam edəcək…”-MİLLƏT VƏKİLİ 102 ÖNCƏDƏN, BAKININ QURTULUŞUNDAN, HƏMÇİNİN, AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNDƏN YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir