15 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alındı-OPERATİV QƏRARGAH

Azərbaycan Respublikasında 15 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 76 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Pasiyentlərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarında 2 126 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür.

Etikxeber.az

Read Previous

“Etməyək bu səhlənkarlığı. Ciddi yanaşaq. Panikaya düşməyək, amma paralel fonda da məsuliyyətli olaq. Lütfən!” – DEPUTAT YAZDI

Read Next

“Ermənilər yoldaşımı avtomatla atəş açıb öldürdülər, daha sonra həyətdəki ot tayasına ataraq od vurub yandırdılar…” – BAĞANIS-AYQIRIM SOYQIRIMINDAN 30 il KEÇİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir