“Övladımla birlikdə yeddi doğmamızı, əzizimizi İkinci Vətən Müharibəsində Şəhid verdik…”-DAŞKƏSƏNLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI, “ƏFSANƏVİ TABOR”UN ƏSGƏRİ, AİLƏNİN ALTI OĞLAN ÖVLADINDAN BİRİ, DÖRD MEDAL VƏ BİR ORDENLİ MURAZ CABBAROVUN HƏRBÇİ-MÜHARİBƏ VETERANI ATASI İLHAM CABBAROV – FOTOLAR

1 iyun 2024-cü il tarixində daha bir Şəhid ocağında olduq…

Daha bir Şəhid ailəsinə, daha bir Şəhid ocağına baş çəkdik…

Daha bir Nur üzlü Şəhidimizin məzarını ziyarət etdik…

Daha bir İkinci Vətən Müharibəsi Şəhidinin ailəsi, valideynləri ilə bir araya gəldik…

Qobustanlı, Goranboylu Şamaxılı Şəhid ailələri, Şəhid ataları ilə əslən Daşkəsənli olan İkinci Qarabağ Savaşı Şəhidi, Əfsanəvi Xüsusi Təyinatlı Muraz İlham oğlu Cabbarovun Göygöl rayonunun Bəhrambəy kəndindəki ocağında olduq…

Öncə Şəhidimizin valideynlərinə-anası-1982-ci il təvəllüdlü Zeynəb Cabbarovaya və atası-hərbçi İlham Cabbarova, o cümlədən digər doğmalarına Allahdan səbr və dözüm arzuladıq…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik…

Şəhidimizin və cəmi Nur üzlü Şəhidlərimizin ruhları qarşısında baş əydiyimizi bildirdik…

Şəhidimizin ailəsinə, ocağına baş çəkməzdən əvvəl isə uyuduğu, Əbədiyyətə uğurlandığı Daşksənə Şəhidlər Xiyabanını, Daşkəsənli Şəhidlərimizi, eləcə də Muraz Cabbarovun məzarını ziyarət etdik…

Ruhuna, ruhlarına dualar etdik…

Şəhidimizin ailəsini, ocağını təxminən bir saat çəkən ziyarətimiz zamanı isə valideynləri, yaxınları ilə söhbətləşdik, dərdləşdik…

Onlara az da olsa, təskinlik, təsəlli verməyə, onları ovundurmağa çalışdıq…

Qeyd edim ki, Şəhidimiz İkinci Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun-Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Əsgəri olub…

Müharibədə-İkinci Qarabağ Savaşında 15 ayın, Xüsusi Təyinatlı Qüvvələrin Əsgəri kimi iştirak edib…

“Əfsanəvi tabor”un, Əfsanəvi Xüsusi Təyinatlı, Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyevin Əsgərlərindən olub…

Şəhidimizin şərəfli döyüş yolu 14 gün çəkib…

Oktyabr ayının 10-da Cəbrayıl rayonu istiqamətində Xüsusi Təyinatlı Qüvvələrin- “Əfsanəvi tabor”un Əsgəri kimi qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq 21 gün onun nəşini əldə etmək mümkün olmayıb…

Ailəsinə də Şəhidliyi xəbəri noyabrın 1-də – axşam saatlarına yaxın, ortancıl-üçüncü qardaşı, 13 yaşı tamam olan Anarın ailə daxilində keçirilən doğum günü məclisi zamanı bildirilib…

Bir anın içindəcə ailəsinin sevinci kədərə, göz yaşlarına qərq olub…

Və nəşi bir gün sonra-2 noyabr tarixində Daşkəsən Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra dörd medalla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…

Onu da qeyd edim ki, Muraz Cabbarov 2000-ci ilin 7 mart tarixində Daşkəsən rayonunun Zağalı kəndində, hərbçi ailəsində dünyaya gəlib…

Ailənin 6 oğlan övladından biri və evin böyük oğlu olub…

Əslində kiçik qardaşı Əlihüseyn Onun-Murazın Şəhidliyindən iki il sonra, 2022-ci ilin may ayının 31-də dünyaya gəlib…

Əlihüseyn adını da o verib, daha doğrusu, anası Zeynəb xanıma yuxusunda bildirib…

2007-ci ildə Zağalı kənd orta məktəbinə gedib və 2018-ci ildə həmin məktəbi bitirib…

2019-cu ilin iyulunda isə həqiqi hərbi xidmətə yollanıb, Vətənin keşiyində dayanıb…

Və qeyd etdiyimiz kimi, İkinci Vətən Müharibəsinə də Azərbaycan Ordusunun-XTQ-nin Əsgəri kimi qatılıb…

Atası-2 fevral 1978-ci il təvəllüdlü İlham Cabbarov da İkinci Vətən Müharibəsinin və müharibədən sonrakı əməliyyatların iştirakçısı olub…

İlham Cabbarov 36 yaşından-2014-cü ildən Azərbaycan Ordusunda MAXE-Baş çavuş kimi xidmət edir…

İkinci Vətən Müharibəsindən öncə iki medalla, müharibədən sonra isə “Kəlbəcərin azad olunmasına görə”“Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib…

Şəhidin 2002-ci il təvəllüdlü böyük qardaşı Tacir Cabbarov ailəli, digər üç qardaşı orta məktəb şagirdidir, evin sonbeşiyi olan Əlihüseyn isə üç yaşının içindədir…

Eyni zamanda, bu yerdə onu da əlavə edim ki, Cabbarovlar ailəsi övladları ilə birlikdə 7 doğmasını İkinci Vətən Müharibəsində Şəhid veriblər…

Goranboylu İkinci Vətən Müharibəsi Şəhidləri Elşən Zeynalovla Şaməddin Əliyev Şəhidin ata nənəsinin, Daşkəsənli İkinci Vətən Müharibəsi Şəhidləri-Orxan Cəfərli ilə Həmid Cəfərli ata babasının yaxın qohumlarıdır…

Eyni zamanda, İkinci Qarabağ Savaşı Şəhidləri Ramid TağıyevVüsal Allahverdiyev isə Muraz Cabbarovun anası Zeynəb xanımın doğmalarıdır…

Muraz da daxil olmaqla, məqamları Uca, dərgahları mübarək olsun!

Nurlar içində yatsınlar!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Əhməd deyirdi ki, ana, mənimlə fəxr edəcəksən, səni zirvələrə yüksəldəcəyəm…”-1 İYUN 2024-CÜ İL TARİXİNDƏ CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜ, 20 YAŞI TAMAM, ATASI VƏ QARDAŞI MÜHARİBƏ VETERANI OLAN ŞƏMKİRLİ ANTİTERROR ŞƏHİDİ ƏHMƏD AZAD OĞLU ZAMANLININ ANASI CEYHUNƏ ZAMANLI – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Şiləvarlı iki dost-iki Şəhid, İstisulu iki qohum-iki Şəhid və ya-BAKIDAN VƏ SUMQAYITDAN OLAN ŞƏHİD AİLƏLƏRİ, ANALARI İLƏ BİRLİKDƏ LƏNKƏRANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN OCAQLARINI, MƏZARLARINI ZİYARƏT… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir