Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Günlərdən 8 iyun…
8 iyun tarixində gözəl bir gün yaşanıb.
Etikxeber.az xəbər verir ki, 8 iyun 2024-cü il tarixində, axşam saatlarında hər zaman Şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının yanında olan “Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin rəhbəri, gözəl şair Ülviyyə Vasifqızının doğum günü mərasimi keçirilib.
Mərasim Bakı şəhərində yerləşən “Al Saray” restoranında baş tutub.
Doğum günü mərasimində səbəbkarla yanışı onu sevənlər-ailə üzvləri, doğmaları, o cümlədən Şəhid ailələri, Qazilər, Vətən müharibəsi iştirakçıları, ziyalılar, media mənsubları və digər şəxslər iştirak ediblər.
Tanınmış telejurnalist Səbinə Mehdiyevanın aparıcılıq etdiyi mərasimdə-tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra əzəmətli Dövlət himnimiz səsləndirilib və oxunub.
Daha sonra çıxışlar edilib.
Səbəbkar Ülviyyə Vasifqızı çıxışında onu belə bir gündə tək qoymadıqları ücün tədbir-məclis iştirakçılarına, xüsusilə, Şəhid ailələrinə və Qazilərə öz minnətdarlığını ifadə edib.
Bildirib ki, Şəhid ailələrinin, Qazilərin, Vətən müharibəsi iştirakçılarının yanında və onlara mənəvi dəstək olmaqdan hər zaman fəxr və qürur hissi keçirir.
Onun sözlərinə görə, bu missiyanı daşımaq, layiqincə yerinə yetirmək bir insanlıq və vətəndaşlıq borcudur.
Heç zaman bu yoldan dönməyəcəyini, bir an olsun belə, bu şərəfli missiyadan usanmayacağını bildirən Ülviyyə Vasifqızı hər kəsi öz insanlıq və vətəndaşlıq borcunu yerinə yetirməyə, baç tacımız olan Şəhid ailələrinə, Qazilərə, Vətən müharibəsi iştirakçılarına diqqətli və həssas olmağa çağırıb.
Məclis iştirakçıları-Əfsanəvi Xüsusi Təyinatlı, Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyevin atası Arif Vəliyev, Vətən Müharibəsi Qəhrəmanı, mayor Vüqar Ağayevin anası Xanım Ağayeva, tək və subay övladını Şəhid vermiş-İkinci Vətən Müharibəsi Şəhidi Emin İsmayılovun anası Məlahət İsmayılova və digər Şəhid ailələrinin təmsilçiləri, Qazilər, Vətən müharibəsi iştirakçıları da öz çıxışlarında Ülviyyə Vasifqızını doğum günü münasibəti ilə təbrik edib, ona şəxsi və ailə həyatında, işində, müqəddəs missiyasında uğurlar diləyiblər.
Doğum günü mərasimidə eyni zamanda, şeirlər, gözəl musiqilər oxunub, səsləndirilib, rəqslər ifa edilib.
4 saatdan çox davam məclisin sonunda tort kəsilib, xatirə fotoları çəkdirilib.
***
FOTOLAR:
Etikxeber.az