Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İsmayıllı rayonunun “Qisas” əməliyyatı Şəhidlərindən olan ailənin üç oğlan övladından biri, ali təhsilli, peşəkar hərbçi, Leytenant, əfsanəvi Xüsusi Təyinatlı, iki övlad atası, iki orden və bir neçə medallı, 2014 və 2016-cı il döyüşlərinin, İkinci Vətən Müharibəsinin iştirakçısı Elnur Sədaqət oğlu Səmədovun Şəhidliyinin ikinci ilində-13 sentyabr 2024-cü il tarixində abidəsinin açılışı və xeyir-şər mərasim evində Anım mərasimi düzənlənib.
Etikxeber.az xəbər verir ki, səhər saatlarında öncə Şəhidin abidəsinin açılış mərasimi olub.
Açılış mərasimində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Şəhidin və cəmi Şəhidlərin ruhlarına dualar edilib, “Quran” oxunub.
Qısa çıxışlar olunub, Şəhidin 32 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yolundan söz açılıb, İgidliyi və Qəhrəmanlından bəhs edilib.
Elnur Səmədov kimi Vətən sevdalısı Qəhrəman oğullarla Fəxr edildiyi, Qürur duyulduğu bildirilib.
Eyni zamanda, Şəhidin ailəsinə, valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.
Məktəblilər tərəfindən Şəhidlərə və Vətənə həsr olunmuş şeirlər səsləndirilib.
Sonra abidənin üzərindən ipək örtük görürülüb və abidənin açılışı rəsmiləşdirilib.
Açılış mərasimindən sonra rayondakı xeyir-şər mərasim evində Anım mərasimi keçirilib, Şəhidin adına ehsan verilib.
Bir daha ruhuna dualar olunub.
Nur içində yatsın!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az