Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Baxış İlqar oğlu Rəhimlinin Anım Günüdür.
Baxış Rəhimlinin bu gün Əbədiyyətə uğurlanmasından dörd il ötür.
Etikxeber.az xəbər verir ki, Baxış Rəhimli 1996-cı ilin fevral ayının 19-da Bərdə rayonunun Bala Qacar kəndində-ziyalı ailəsində dünyaya gəlib.
Ailədə iki övlad, iki qardaş olublar.
Qardaşı hazırda ailəli, bir övlad atasıdır.
Orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra qardaş Türkiyənin Kastamonu İqtisad Universitetində oxuyub, ali təhsilə yiyələnib.
Ali təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb.
Əsgərliyinin başa çatmasına cəmi 4 gün qalmış isə İkinci Vətən Müharibəsi başlayıb və Azərbaycan Ordusunun Əsgəri kimi müharibəyə qatılıb.
Uzun və şərəfli döyüş yolu düz 43 gün çəkib.
Füzulidən Şuşayacan döyüş yolu keçib.
Axırıncı dəfə qardaşı ilə noyabrın 7-də, atası ilə noyabrın 9-da danışıb.
Elə həmin gün, noyabrın 9-da, Şuşa şəhəri azad edildikdən bir gün sonra, Qələbəyə cəmi saatlar qalmış Şuşa şəhərində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi noyabrın 10-da Bərdənin Bala Qacar kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra ölkə Prezidenti tərəfindən 4 medal-“Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Baxış həm də subay olub.
Məkanı cənnətlik olsun!
Nur içində uyusun!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az