İtkin düşən 16, 14 və 10 yaşlı üç qız tapıldı…-YENİLƏNİB

Masallı rayonunda üç qız itkin düşüb.

Etikxeber.az  Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin “112” qaynar telefon xəttinə daxil olub.

Məlumatda deyilir ki, 19 iyun 2020-ci il tarixində axşam saatlarında Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızının, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızının və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.

Dərhal FHN-nin müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Hazırda FHN-in Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri  tərəfindən itkin düşmüş şəxslərin axtarışları həyata keçirilir.

***

Masallı rayonunda itkin düşmüş üç qız tapılıb.

Bu barədə isə APA-ya FHN-nin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib.

Onun sözlərinə görə, qızların tapılması barədə FHN-ə onların valideynləri məlumat verib.

06:37

Etikxeber.az

Read Previous

“Ölkəmizdə baş verən kiçik bir insident o dəqiqə Qərbin nəzər-nöqtəsində olur və…”-DEPUTATDAN QƏRBƏ, BEYNƏLXALQ QURUMLARA İTTİHAM

Read Next

Karantin şərtlərinə əməl edilməklə-DEPUTATIN SEÇİCİLƏRLƏ NÖVBƏTİ VƏ SƏMİMİ ORTAMDA GÖRÜŞÜ BAŞ TUTDU VƏ…- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir