Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya
Bakı şəhər sakini, Şəhid Anası Xuraman İldırım qızı Məmmədova tərəfindən
Müraciət
Çox hörmətli Mehriban xanım!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Xuraman İldırım qızı Məmmədova Bakı şəhərində anadan olmuşam. Qəhrəman bir ailənin qızıyam, övladıyam. Mərhum atam, Kapitan hərbi rütbəli İldırım Muxtar oğlu Paşayev Böyük Vətən Müharibəsinin iştirakçılarından, müharibə veteranlarından olub. Ali təhsilliyəm, uzun illərdir müəllimlik-pedaqoqluq fəaliyyəti ilə məşğulam. Ailəliyəm, iki övlad-bir oğlan, bir qız anası idim. Tək, iki övlad atası, ali təhsilli oğlum Rasim Oktay oğlu Məmmədov Azərbaycanın Zəfər Şəhidlərindəndir. Tək oğlumu, arxa-dayağımı Vətən yolunda qurban vermişəm. Oğlum 2023-cü ilin lokal xarakterli Antiterror əməliyyatının ilk Şəhidlərindən-8 polis Şəhidimizdən biridir. İki ildir oğulsuz qalmışam. Qəhrəman babanın davamçısı olan Qəhrəman nəvənin gözləri yaşlı, həm də Qəhrəman Anasıyam.
Ümumiyyətlə, Qəhrəmanlıq, Vətən, Torpaq sevgisi bizdə irsəndir, bu, qanımızda, canımızdadır. Çünki rəhmətlik atamız bizi Vətənə, Torpağa məhəbbət ruhunda yetişdirib. Heç təsadüfi deyil ki, ali təhsilli qardaşım Elçin İldırım oğlu Paşayev də qanlı müharibənin-Birinci Qarabağ Savaşının iştirakçılarından olub. Qardaşım Birinci Qarabağ Savaşı zamanı-1992-ci ildə Azərbaycan torpaqlarının müdafiəsində iştirak edib. Müharibə veteranıdır. Qeyd etdiyim kimi, ali təhsillidir, iki övlad-iki subay oğlan atasıdır. Ehtiyatda olan Baş leytenantdır. 2024-cü ilə kimi də özəl sektorda işləyib.
Qeyd edim ki, son illər çox itkilər yaşamışam. Anamı, qardaşı itirmişəm, övlad-oğul acısı yaşamışam və yaşamaqdayam. İki ilə də yaxındır ki, müharibə veteranı olan qardaşım Elçin Paşayev çox ağır qan xərçəngi, böyrək xəstəliyindən əziyyət çəkir. Bütün yaşadıqlarımız hamısı nəticə etibarı ilə qardaşımın da səhhətində ciddi problemlər yaradıb. Onsuz da müharibə zamanı səhhəti xeyli dərəcədə korlanmışdı və illər boyu onun fəsadlarını yaşamışdı. Ancaq son zamanlar aldığı mənəvi zərbələr, yaşadığı itkilər, acılar qardaşımın yaxşı olmayan səhhətini daha da pisləşdirib.
Demək olar ki, hər gün ağır mülacilər, müayinələr alır. Ancaq səhhətində heç bir irəliləyiş yoxdur. Özünün də, elə bizlərin də maddi durumu yaxşı deyil. Yəni, artıq müalicə və müayinə xərclərini ödəməkdə, qarşılamaqda çox çətinlik çəkir. Yenə də deyirəm ki, gündəlik müalicə və müayinəsi üçün külli miqdrada vəsait tələb olunur, bu isə artıq qardaşımın və bizlərin imkanı xaricindədir.
Dəyərlimiz, əzizimiz Mehriban xanım!
Bu müraciəti ünvanlamaqla, bir müharibə veteranının qızı, bir müharibə veteranının bacısı və bir Yaralı, Dərdli, Qəhrəman Şəhid anası kimi Sizdən qardaşıma dəstək olmağınızı xahiş və rica edirəm. Çox xahiş edirəm-imkanlarınız və səlahiyyətləriniz çərçivəsində qardaşımın müalicəsi, müalicə və müayinə xərclərinin dövlət hesabına olması, dövlət tərəfindən qarşılanması üçün əlinizdən gələni əsirgəməyəsiniz, müvafiq qurum və səlahiyyət sahiblərinə göstəriş və tapşırıqlarınızı verəsiniz. Qardaşım da yaşamaq, iki övladını evləndirmək, ailə sahibi etmək istəyir. Bir valideyn kimi arzuları var.
Ona görə nəinki Azərbaycanımızın, bütün dünyanın mərhəmət və şəfqət simovolu kimi Sizdən qardaşıma dəstək və yardımçı olmağınızı xahiş və rica edirəm. İnanıram və əminəm ki, belə də olacaq, müraciətim nəzərə alınacaq, öz müsbət həllini tapacaq və qardaşım yenidən sağlamlığına qovuşacaq.
Öncədən də Sizə öz dərin minnətdarlığımı bildirirəm.
Allah Sizi, gözəl ailənizi və Qalib Azərbaycanımızı qorusun!
İmza:
Tel:
Xuraman İldırım qızı Məmmədova
10.06.2025





