Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Daha bir Şəhidimizin-Kürdəmirli, Qarasulu, 1993-cü il doğumlu, ailənin üç övladından biri, bir övlad atası, bir medal və bir ordenli MAXE-Gizir Vüsal İlqar oğlu Əhmədovun ocağını, ailəsini ziyarət etdim…
15 iyun 2025-ci il tarixində, günorta saatlatında Antiterror Şəhidi Vüsal Əhmədovun Kürdəmirin Qarasu kəndində yaşayan valideynlərinə, həyat yoldaşı və tək övladına baş çəkdim…
Qeyd edim ki, ilk dəfəydi Şəhidimizin ailəsində, ocağında olurdum…
Dəvət edilsəm də, üzrlü səbəblərdən Şəhidimizin bu ilin qışında-24 yanvar 2025-ci il tarixində Cənnətdəki ikinci doğum günü məclisinə qatıla bilməmişdim və söz vermişdim ki, bir gün mütləq Şəhidimizin ailəsini, ocağını ziyarət edəcəyəm…
…Və bugünkü ziyarətim zamanı Şəhidimizin anası Şükufə xanımla, atası İlqar Əhmədovla, həyat yoldaşı Yeganə xanımla, qardaşı Anar Əhmədovla görüşdüm…
Onlara, Şəhidimizin doğmalarına Allahdan səbr və dözüm dilədim...
“Şəhidimizin məkanı cənnətlik, dərgahı mübarək olsun!”-dedim…
Şəhidimizin müqəddəs ruhu və ailəsi qarşısında baş əydiyimi dilə gətirdim…
Bir ömür boyu Şəhidlərimizə borclu olduğumu, borclu olduğumuzu söylədim…
Təxminən bir saata yaxın çəkən ziyarətim zamanı Şəhidimizin valideynləri, doğmları ilə söhbətləşdim, dərdləşdim…
Şəhidimizin anası Şükufə xanımın dediklərindən:
“Vüsalın övladı bir az gec dünyaya gəlmişdi…Yenicə sevinmişdi ki, övlad atası olub…Amma sevinci çox uzun çəkmədi…Balam övladından doymadan bu həyatdan köçdü, Vətən yolunda Şəhid oldu…Nə balam övladından, nə də övladı balamdan doya bildi (gözləri dolur)…İndi balasının, nəvəmin-Eşqinin 4 yaşı var…Hələ çox şeyləri başa düşmür, çünki uşaqdır, balacadır…Soruşanda gah deyir ki, atam maşınla gələcək, gah deyir ki, əlində tapança gələcək, gah da deyir ki…Bilmirəm balamın yoxluğuna üzülüm, bilmirəm ata üzünə həsrət qalan nəvəmə üzülüm…Çox çətindir, çox…Allah heç bir anaya, valideynə övlad acısı yaşatmasın…Biz yaşadıq, başqaları yaşamasın…”
Bu yerdə onu da xatırladım ki, Qarasunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elnur Abışov Vüsal Əhmədovun yaxın qohumudur…Hərəsi bir əminin nəvəsidir…
Və ziyarətimin sonunda Şəhidimizin ocağında, ev-muzeyində xatirə fotoları çəkdirdim…
Ruhu şad olsun!
Nur içində uyusun!
***
FOTOLAR:




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az