Müəllimlər Günü VƏ VƏTƏN YOLUNDA ŞƏHİD VERMİŞ QƏHRƏMAN MÜƏLLİMLƏR… – FOTOLAR

Sabah – 5 oktyabr-Beynəlxalq Müəllimlər Günüdür…

Sabah minlərlə, on minlərlə, yüz minlərlə, milyonlarla müəllim, təhsil işçisi bu günü qeyd edəcək…

Sabah bu günü qeyd edənlər arasında zəhmətkeş Azərbaycan müəllimləri, Azərbaycanlı müəllimlər də olacaq…

Və həmin müəllimlərin arasında övladlarını bu Vətənin, Qarabağın azadlığı uğrunda Şəhid vermiş təhsil işçiləri, müəllimlər, öyrətmənlər də var…

bu günü qeyd etmək, bu gündə yad edilmək, xatırlanmaq, diqqət və qayğı ilə əhatə olunmaq daha çox müəllim peşəsinin daşıyıcıları olan Qəhrəman Şəhid valideynləri, Şəhid ailələrinin üzvlərinin Haqqıdır…

Və bu günlə-5 oktyabrla bağlı həmin müəllimlərdən bir neçəsinin adını qeyd etməyi vacib saydıq və onları təqdim edirik:

Bakılı, iki övladı Vətənə əmanət qalan Şəhid Rasim Məmmədovun anası, 40 ilin təhsil işçisi Xuraman xanım Məmmədova…

İsmayıllılı Şəhid Fərid Əliyevin anası, ingilis dili müəllimi Rəna xanım Vəliyeva…

Şəhid Fərid Əliyevin atası Hamlet Əliyev…

İsmayıllılı, Əfsanəvi Xüsusi Təyinatlı, iki ordenli Şəhid Elnur Səmədovun anası, uzun illərin tanınmış riyaziyyat müəllimi Sənubər xanım Səmədova…

Bərdəli Şəhid Yaqub Yaqubovun anası Nazimə xanım Babaşova…

Samuxlu Şəhid Sənan Qasımovun anası Dürdanə xanım Qasımova…

Bakılı Şəhid Sahib Abbasovun anası Natella xanım Abbasova…

Goranboylu Şəhid Orxan Namazovun anası, hazırda Goranboy rayonunun Xoylu kənd Körpələr evi-uşaq bağçasının müdiri işləyən Nailə xanım Məmmədova…

Goranboylu Şəhid Yalçın Alıyevin anası, tanınmış Azərbaycan dili və ədəbiyyatı müəllimi, hazırda məktəb direktoru işləyən Məlahət Cavadova…

Gəncəli Şəhid Hacı Rauf Əsgərovun anası, hazırda təqaüddə olan Brilyant xanım Əsgərova…

Sumqayıtlı Şəhid Elmar Nəsibovun anası, hazırda təqaüddə olan Sürəyya xanım Mehdiyeva…

Naftalanlı Şəhid Bəxtiyar Aslanovun anası, musiqi müəllimi Tünzalə xanım Zöhrabova…

Tərtərli Şəhid Rəşad Mirzəlinin anası, hazırda Ağdərə rayonunun Talış kənd orta məktəbinin direktoru işləyən Afidə xanım Mirzəyeva…

K.HƏMİDOV

Etikxeber.az

Read Previous

Məktəbəqədər hazırlığa gedənlər arasında-ŞƏHİD NATİQ ƏLİYEVİN DƏ TƏK QIZI VAR…

Read Next

Dörd ilyarım və ya sabah Onun Əbədiyyətə uğurlanmasından beş il ötür… – KAMİL HƏMZƏOĞLU YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir