17 min 800 dolları gömrükdən keçirə bilmədi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Etikxeber.az-a verilən məlumata görə, Bakı-Tbilisi aviareysilə getmək istəyən Rusiya Federasiyası vətəndaşının üst geyimi rentgen aparatından keçirilərkən monitorda kağız pula bənzər təsvirlər görünüb. Vətəndaş saxlanılıb və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub.

Nəticədə, vətəndaş gömrük nəzarətindən keçən zaman şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan etmədiyi 178 ədəd – hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 17.800 ABŞ dollarını gödəkçəsinin cibindən çıxararaq gömrük nəzarətinə təqdim etməli olub.

Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Gömrükdə əməliyyat…

Read Next

Hava yağmursuz keçəcək, duman olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir