“17 nəfərin 600, 68 nəfərin isə 500 baldan yüksək nəticə əldə etməsi qürurvericidir…”-FATMA YILDIRIM TƏLƏBƏ ADINI QAZANMIŞ GƏNCLƏRƏ NƏ VƏD ETDİ? – FOTOLAR

Bu il pandemiya şəraitinə baxmayaraq, ölkəmizdə ali məktəblərə qəbul imtahanları uğurla başa çatıb. Bərdə rayonu üzrə də nəticələr sevindiricidir. Rayonumuzda bu il məktəbi bitirmiş 803 nəfər universitetlərə qəbul imtahanında iştirak edib və onlardan 584 nəfər keçid balını toplayaraq ixtisas seçimi mərhələsində iştirak haqqı qazanıb. 17 nəfərin 600, 68 nəfərin isə 500 baldan yüksək nəticə əldə etməsi qürurvericidir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım dilə gətirib.

Qeyd edib ki, Bərdə rayonu Yeni Azərbaycan Partiyası (YAP) inzibati binasında qəbul imtahanlarında yüksək bal toplamış gənclərlə keçirilən görüşdə də bu sevinc və iftixar hissini bölüşüb, onlara qədəm basdıqları bu yeni mərhələdə uğur arzulayaraq, daima millət vəkili olaraq yanlarında olacağını çatdırıb.

“Bu çətin dövrdə böyük əzm və iradə nümayiş etdirərək mühüm nailiyyət əldə edən gənclərimiz:İlyaslı İlyas Zöhrab oğlu (685), Camalov Vüsal Zahidoviç (661), Xuduyeva Rəşidə Nadir qızı (659), Rəhimli Aysel Rövən qızı (638), Əmirova Aysel Alış qızı (632), Məmmədova Gülnay Azər qızı (629), Musayeva Minayə Məzahir qızı (627), Ağamirova Səidə İlqar qızı (626), Məmmədov Səbuhi Vaqif oğlu (626), Əhmədov Natiq Hüseyn oğlu (623), Kərimzadə Gülçöhrə İlham qızı (612), Həmidli Akif Xəyal oğlu (611), Əzizova Məleykə Etibar qızı (608), Salmanzadə Adışirin Məhəmməd oğlu (607), Məmmədov Sahib Xalid oğlu (605), Mirzəyeva Səfa Xəqani oğlu (603), Şirinbəyli Vüsal İlham oğlunu (602) bir daha alqışlayırıq. Ümidvarıq ki, bu gənclərimiz gələcəkdə yaxşı mütəxəssis olaraq dövlətimizin inkişafı naminə önəmli töhfələr verəcəklər. Tədbirin sonunda tələbələrə xatirə hədiyyələri təqdim olundu”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Türkiyə-Azərbaycan birliyi qısa bir zamanda öz sözünü deyəcək və bu dostluq, qardaşlıq bizim işğal altında olan torpaqlarımızın azad olunmasına imkan yaradacaq…Belə də olmalıdır, belə də olacaq”-TAHİR RZAYEV

Read Next

“Şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilməli, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin edilməlidir”-SAMİR NURİYEV KORRUPSİYAYA QARŞI MÜBARİZƏ KOMİSSİYASININ SƏDRİ SEÇİLDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir