Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dövlət büdcəsi layihəsi ölkəmizin bu günün reallıqlarına uyğun və gələn ilin çağırışlarını nəzərə alınaraq hazırlanmışdır. Reallığımız odur ki, dövlət başçımızın apardığı düşünülmüş sosial-iqtisadi siyasəti sayəsində geniş spektirli iqtisadi islahatlara start verilmiş, iqtisadiyyatın neftdən asıllığını aradan qaldırılması istiqamətində atılmış addımlar öz nəticəsini verməyə başlanmış , manatın məzənnəsi xarici valyutalar qarşısında sabitləşmiş və 2017-ci ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin olunmuşdur. Cari ilin reallıqları 2018-ci ilin dövlət büdcəsinin 2017-ci ildəkinə nisbətən artımla nəzərdə tutulmasına imkan vermişdir. 2018-ci ilin dövlət büdcəsi layihəsindən göründüyü kimi xərclərin tərkibində 33,5% -i sosialyönümlü olması onu göstərir ki, dövlət siyasətimizin təməlində Azərbaycan vətəndaşı durur və İnsanların rifahının yaxşılaşdılması dayanır.
Düşünürəm ki, 2018-ci ildə ölkəmizdə sənayeləşmə prosesi sürətlənəcək, yeni müəsisələrin açılışları olacaq və gələcək illərdə dövlət büdcəmizin daha da çox artımlarla layihələşdirilməsinə imkanlar yaranacaqdır. Sənaye müəsisələrin açılışı istiqamətində regionlarda emal sənayesinin inkişaf etdirilməsinin də əhatə olunmasına böyük ehtitac var. Müstəqilliyimizin ilk illərində regionlarda yerləşən emal müəsisələri özəlləşdirilmiş, lakin hər bir infrastrukturu olmasına baxmayaraq illərdir ki, istifadə olunmur və dağıdılmış vəziyyətdədir. Belə müəsisələr təmsil olunmduğum Qusar rayonda da var. Çox təəsüf ki, zavodları özəlləşdirmiş şəxslər nəinki, bu müəsisələri istifadə etmir, hətta dirçəltmək istiqamətində heç bir addım da atılmır. Dövlət başçımızın aqrar sektora yüksək diqqətlə yanaşdığı və kənd təsərrüfatının süətlə inkişaf etdiyi bir zamanda emal zavodların dirçəldilməsinə ehtiyac var. Zavodları almış şəxslərin qabağında şərt qoyulmalıdır ki, ya özləri işlətsinlər və ya da geri alınaraq işlədə bilmək bacarığı olan sahibkarlara verilməlidir. Əgər həmin müəsisələrin iş fəaliyyəti bərpa edilərsə bu, həm regionlarda yeni iş yerləridir, həm də ixracyönümlü məhsullarının istehsalı olmaqla dövlət büdcəsinə gələcək gəlirlərin yeni mənbəyi olardı.
Dövlət büdcəsi layihəsinin komitələrdə müzakirələri zamanı həmkarlarım mədəniyyətə ayrılan vəsaitin azlığı ilə bağlı fikirlərini səsləndirmişdilər. Qeyd etmək istəyirəm ki, mədəniyyətin inkişaf etdirilməsi istiqamətində dövlət başçımız mütəmadi sərəncamlar imzalayır, layihələr icra olunur. Mədəniyyətimizin inkişafı və dünyada tanıdılmasında 1-ci vitse prezdent Mehriban xanım Əliyevanın əməyi əvəz olunmazdır. Ona görə də biz mədəniyyətin inkişafına xüsusi yanaşma etməliyik və ayrılan vəsaitlərinə yenidən baxmalıyıq . Qeyd etmək istəyirəm ki, rayonlarda yerləşən mədəniyyət şöbələri 2017-ci ildən regionlaşdırılmışdır. Bu yaxşı haldır. Amma vəsaitin azlığından regionlarda müəyyən ixtisarlar həyata keçirilmişdir. Məsələn, təmsil olunduğum Qusar rayonda 2017-ci ildə 4 kənd kitabxanasının və 3 kənd mədəniyyət evinin fəaliyyəti dayandırılmışdır. Bu da 17 nəfər mədəniyyət işçisinin ixtisar edilməsilə, yəni 27 min manat əmək haqqı fonduna qənaet etdirilməsiylə nəticələnmişdir. Əgər mədəniyyət işçilərinin böyük məvacib almadığını da nəzərə alsaq, kənd yerində 17 nəfərin işsiz saxlamasına nə ehtiyac var? Bu, dövlət büdcəmiz üçün böyük vəsait də deyil. Biz kitabxana və mədəniyyət evlərini ixtisar yox, təmir edib müasirləşdirməliyik. Çünki, mədəniyyət evləri və kitabxanalar insanların intelekt səviyyəsinin, mədəniyyətin inkişafına xidmət edir. Hörmətli Maliyyə Nazirimizdən və Mədəniyyət Nazirimizdən bu istiqamətə diqqət yetirmələrini xahiş edirəm.
Ölkə başçımızın diqqəti və qayğısı sahəsində ölkəmizin yol infrastrukturu müasirləşir. Azərbaycanda 11000 km-dən çox müasir asfalt örtüklü yollar salınmışdır. 2017-ci ildə 40 yol layihəsi çərçivəsində yüzlərlə kəndi birləşdirən asfalt yollar çəkilmişdir. Yol infrastrukturu layihələri təmsil olunduğum Qusar rayonda da yüksək səviyyədə icra olunur. Rayonumuza olan yüksək diqqət və qayğıya görə cənab prezdentə seçicilərim adından minnətdarlığımı bildirirəm. Ölkəmizdə Kənd yollarının yenidən qurulması 2018-ci ilin sosial-investisiya proqramlarında prioritet hesab olunur. Ona görə də seçicilərimin daima narahatlığını ifadə etdiyi, strateji əhəmiyyətə malik Həzrə- Sudur yolunun yenidən qurulmasının vacibliyini hökumət üzvülərinin diqqətinə çatdırmaq istəyirəm. Qeyd etmək istəyirəm ki, 11 kəndi birləşdirən 29 km uzunluğunda olan Həzrə -Sudur yolu ölkəmizdə turizmin inkişafı ilə bağlı elan olunmuş rekerasiya zonasına da düşür. Yagışlı və qarlı havalarda yol keçilməz hala düşür və 11 kəndin sakinləri ilə yanaşı yoldan istifadə edən digər insanlar da böyük çətinliklərlə qarşılaşır. Mən, müvafiq qurumlardan Həzrə-Sudur yolunun yenidən qurulmasını 2018-ci ilin investisya proqramına salmaqlarını xahiş edirəm.
Ölkəmizdə içməli su və kanalizasiya xidmətlərinin yenidən qurulması istiqamətində böyük investisiya layihələri icra olunur. Belə böyük bir layihə Qusar şəhərdə də yüksək keyfiyyətlə icra olunmuşdur. Fürsətdən istifadə edərək layihənin icrasında iştirak etmiş şəxslərə yüksək keyfiyyətli iş gördüklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Qusar 24 saat fasiləsiz təmiz içməli su və kanalizasiya xidmtləri ilə təmin olunmuşdur. Şəhər sakinləri də böyük razılıqlarını bildirirlər. Amma , hamımızın tanıdığı Qusarın yeganə Samur adında bir qəsəbəsi var. Samur qəsəbəsi Samur gömrük məntəqəsi, sərhəd zastavası olan yerdə və Rusiya federasiyası ilə sərhəddə yerləşir. Samur qəsəbəsinin su təminatı 6 km uzunluğunda olan su kəmər vasitəsilə həyata keçirilirdi. Kəmər 60-cı illərdə çəkilmiş və təbii təsirlərdən tam yarasız vəziyyətə düşmüşdür. Qəsəbəyə su artezan quyusu vasitəsilə fasilələrlə verilir. Yay ayları gələndə qəsəbədə su çatışmamazlığı problemi böyüyür. Sakinlər seçdikləri deputat olaraq mənə və rayon İcra hakimiyyətinə problemin həlli ilə əlaqədar dəfələrlə kömək etməklərini xahiş edirlər. Məsələ ilə bağlı əlaqədar qurumlara sorgu da göndərmişəm . Amma təəsüf ki, məsələ hələ də öz həllini tapmamışdır. Müvafiq qurumlardan 2018-ci ildə qəsəbənin magistral xəttinin bərpasına kömək etmələrini xahiş edirəm.
Azər BADAMOV,
Millət vəkili
Etikxeber.az