Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonunun Güloğlular kəndinin (həm də Bakının Suraxanı rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan tək və nişanlı oğul, tək bacının tək qardaşı, anası tərəfindən kirayələrdə təkbaşına böyüdülən MAXE, üç medallı Fəxri Qəribzadənin Cənnətdəki altıncı doğum günü, 32 yaşının tamam olması ilə bağlı bu gün-10 yanvar 2026-cı il tarixində, səhər saatlarında Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Etikxeber.az xəbər verir ki, ziyarət zamanı 10 yanvar 1994-cü il təvəllüdlü Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Ruhuna dualar edilib, “Quran” oxunub.
Çıxışlar edilib.
Şəhidin 26 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yolundan bəhs edilib.
Fəxri Qəribzadə də daxil olmaqla, cəmi Şəhidlərlə Fəxr edildiyi, Qürur duyulduğu dilə gətirilib.
“Fəxri adı kimi Azərbaycan Fəxri övladı, Fəxri oldu”-deyə, qeyd edilib.
Cənnətdəki altıncı doğum günü təbrik olunub, anası Mehranə xanıma və tək bacısı, dörd övlad anası Türkanə xanıma Allahdan səbr dilənib.
Xatirə fotoları çəkdirilib.
Şəhidin məzarını ziyarətdən sonra bacısının (ailəsinin) yaşadığı evdə (Güloğlular kəndində) Cənnətdəki altıncı doğum günü ilə bağlı adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib.
Şəhidin məzarını ziyarətdə və adına açılan ehsan süfrəsində anası, tək bacısının ailəsi, doğmaları, Bərdə, Ucar və Tərtərli Şəhid ailələri, yerli ziyalılar, Qazilər, məsul şəxslər, din xadimləri və digər şəxslər iştirak ediblər.
Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!
Nur içində yatsın!
15:00
***
FOTOLAR:

















15:45
***












16:00
***




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





