“Daşdan, məzardan oğul olmaz…”-CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜNDƏ, 34 YAŞINININ TAMAMINDA BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ NOFƏL ƏLİZADƏNİN MƏZARI ZİYARƏT OLUNDU, VƏTƏN NAMİNƏ FƏDAKARLIĞINDAN SÖZ AÇILDI… – FOTOLAR – YENİLƏNİB – (1)

Cənnətdəki altıncı doğum günü, 34 yaşının tamam olması ilə bağlı bu gün-13 yanvar 2026-cı il tarixində, səhər saatlarında Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Nofəl Qənbər oğlu Əlizadənin Qəhrəmanlı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar olunub, “Quran” oxunub.

Qısa çıxışlar edilib.

Şəhidin 28 illik qısa, lakin şərəfli ömür, hərb, döyüş yolundan söz açılıb, Vətənpərvərliyindən, Qəhrəmanlığından danışılıb.

Ailəsinə, valideynlərinə, anası Ülviyyə xanıma və atası Qənbər kişi Allahdan səbr və dözüm arzulanıb.

Cənnətdəki altıncı doğum günü təbrik olunub.

Xatirə fotoları çəkdirilib.

Məzarını ziyarətdən sonra isə Şəhidin ailəsinin Saatlı kəndində yaşadığı evdə Cənnətdəki altıncı doğum günü ilə bağlı adına çay-ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.

Etikxeber.az xəbər verir ki, Nofəl Əlizadə 1992-ci ilin yanvar ayının 13-də Bərdə rayonunun Saatlı kəndində dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.

Orta məktəbi bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissələrdən birində hərbi xidmət keçib.

Əsgərliyini başa vurduqdan sonra yenidən hərb həyatını seçib.

6 il Daxili Qoşunlarda-MAXE-Xüsusi Təyinatlı kimi fəaliyyət göstərib.

Sonra bir müddət başqa sahədə çalışıb.

2020-ci ilin İyul-Tovuz döyüşlərindən, Polad Həşimov  silahdaşlarının Şəhidliyindən sonra yenidən hərb həyatına qayıdıb, MAXE kimi fəaliyyətə başlayıb…

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də bir hərbçi kimi döyüşlərə atılıb.

Müharibənin ikinci günündə, sentyabrın 28-də, səhər saatlarında isə Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi də elə həmin gün, axşam saatlarında Qəhrəmanlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Suqovuşanın azad olunmasına görə” “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Valideynləri isə övladlarının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Nofəl həm də Saatlı kəndinin yeganə İkinci Vətən Müharibəsi Şəhididir.

28 yaşında Şəhidlik məqamına ucalan Nofəl eyni zamanda, ailəli olub.

2013-cü ildə ailə həyatın quran Şəhidin iki övladı-bir oğlu və bir qızı Vətənə, ailəsinə əmanət qalıb.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü, 34 yaşı mübarək olsun!

Nur içində uyusun!

15:30

***

FOTOLAR:

16:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sabah Cənnətdəki altıncı doğum günü, 34 yaşı tamam olan-BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, TƏK OĞUL VƏ İKİ ÖVLAD ATASI NOFƏL ƏLİZADƏ…

Read Next

İlham Əliyev Tərtər və AĞDƏRƏDƏ… – FOTOLAR – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir