Səməd Vurğunun əmisi nəvəsi, nəşi 7 ay 9 gündən sonra Əbədiyyətə uğurlanan-DAŞKƏSƏNLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELMƏDDİN VƏKİLOVUN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ADINA EHSAN SÜFRƏSİ AÇILDI… – FOTOLAR – YENİLƏNİB – (2)

Əslən Qazaxlı və Qərbi Azərbaycanlı olan, özü isə Daşkəsən rayonunda dünyaya gələn İkinci Vətən Müharibəsi Şəhidi Elməddin Nizami oğlu Vəkilovun Anım Günü ilə bağlı bu gün-8 may 2026-cı il tarixində, səhər saatlarında Daşkəsən Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb.

Ruhuna dualar olunub, “Quran” oxunub.

Qısa çıxışlar edilib, Şəhidin İgidliyi və Qəhrəmanlığından söz açılıb.

Ailəsinə-anası Nərgiz xanımAllahdan səbr və dözüm arzulanıb.

Məktəblilər tərəfindən Şəhidə, Şəhidlərə və Vətənə həsr olunmuş şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra isə ailəsinin yaşadığı evdə adına ehsan süfrəsi verilib, bir daha ruhuna dualar edilib.

Xatirə fotoları çəkdirilib.

Şəhidin məzarını ziyarətdə və Anım Günü ilə bağlı adına açılan çay-ehsan süfrəsindəailə üzvləri, doğmaları, Daşkəsən, Gəncə, Samux və Bərdəli Şəhid ailələri, Qazilər, din xadimləri, Daşkəsən rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digərləri iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Elməddin Vəkilov 1988-ci ilin 21 avqust tarixində dünyaya göz açıb…

Ailəninin üç oğlan övladından biri və evin ortancılı olub…

Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb…

Əsgərliyini başa vurduqdan sonra evinə-ailəsinə dönüb…

2013-cü ildən, 25 yaşından isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

8 ilə yaxın Orduda peşəkar hərbçi kimi fəaliyyət göstərib…

2020-ci ilin sentyabr ayının 27-dən isə İkinci Vətən Müharibəsinə, qanlı döyüşlərə qatılıb…

Şərəfli döyüş yolu cəmi 3 gün çəkib…

Sentyabrın 29-da Kəlbəcər-Murovdağ istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Amma uzun müddət nəşini tapmaq mümkün olmayıb…

Nəşi yalnız 7 ay 9 gündən sonra əldə edilib…

2021-ci ilin may ayının 8-də Daşkəsən rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra bir neçə medal və ordenlə təltif olunub…

O, həm də evli olub…

Şəhidliyindən cəmi bir il öncə ailə həyatı qursa da, övladı olmayıb…

Atasını isə Şəhidliyindən 2 il öncə itirib…

Elməddin eyni zamanda, məşhur Vəkilovlar nəslindən, Xalq şairi Səməd Vurğunun əmisi nəvəsi olub.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

13:59

***

FOTOLAR:

15:58

***

16:30

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şahdağ, Qrız və Xınalıqda qar yağır-FAKTİKİ HAVA AÇIQLANDI

Read Next

9 May – faşizm üzərində Qələbə Günü-QEYD EDİLİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir