“175 təklif, ərizə və şikayətə baxılıb…” – RAFAEL HÜSEYNOV

2019-cu ilin yaz və növbədənkənar sessiyaları dövründə Mədəniyyət komitəsində 8 iclas keçirilib, 15 məsələyə baxılıb, onlardan 11-i qanun layihəsi olub.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin iclasında komitə sədri, akademik Rafael Hüseynov deyib.

Komitə sədri nəzərə çatdırıb ki, hesabat dövründə Mədəniyyət komitəsinə rəsmi qaydada daxil olmuş 175 təklif, ərizə və şikayətə baxılıb.

“Onlardan 121-i tədbir görülməsi üçün müvafiq orqanlara göndərilib, 54 müraciət isə işə alınaraq həll edilib. Sessiyalar müddətində komitə sədri 30 vətəndaşı qəbul edib. Komitə üzvləri parlamentdə və yerlərdə seçicilərlə çoxsaylı görüşlər keçiriblər…”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Sərdar Fərəcov, Oqtay Rəcəbov, Vasif Allahverdiyev… – SƏRƏNCAM

Read Next

“Bəzi məktəblər var ki, nimdaş və bərbad gündədirlər…” – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir