“Mən Sənə belə doğum günü arzulamamışdım…Mən Sənə toy arzulamışdım, toyunu görmək istəyirdim…Bütün arzularım, bütün arzularımız gözümdə, gözümüzdə qaldı…”-Ötən ilin yazında Şəhidlik Haqqı tanınan Daşkəsənli tək və subay oğul Röyal Verdiyevin-CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜNDƏ, 32 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, ADINA EHSAN SÜFRƏSİ AÇILDI… – FOTOLAR – YENİLƏNİB – (1)

Daşkəsənli Şəhid Röyal Qabil oğlu Verdiyevin doğum günüdür.

Röyal Verdiyevun bu gün-17 avqust 2026-cı il tarixində 32 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Röyal Verdiyev 1994-cü ilin avqust ayının 17-də Daşkəsən rayonunun Xoşbulaq kəndində dünyaya gəlib.

Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olub.

2000-2011-ci illərdə orta məktəbdə oxuyub.

2012-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb.

Əsgərlikdən sonra müxtəlif sahələrdə çalışıb, fəhləliklə məşğul olub.

İkinci Vətən Müharibəsində iştirak edib.

Cəbrayıl, Qubadlı, Laçın rayonları istiqamətində gedən döyüşlərdə vuruşub və Qubadlıda qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.

Nəşi 2020-ci ilin dekabr ayının 3-də Daşkəsən rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”  “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

O, həm də subay idi.

***

Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarında-yağışlı, dumanlı, çiskinli havada Şəhidin Daşkəsən Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar edilib.

Çıxışlarda Şəhidin cəmi 26 illik qısa, lakin şərəfli ömür, hərb, və döyüş yolundan söz açılıb, Vətən naminə fədakarlığandan bəhs edilib, o cümlədən, Röyal Verdiyev də daxil olmaqla, Şəhidlərin unudulmadığı, unutdurulmadığı və unutdurulmayacağı dilə gətirilib.

Həmçinin, Cənnətdəki üçüncü doğum günü təbrik olunub, ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.

Eyni zamanda, məzarı üzərində adına hazırlanmış tort kəsilib.

Məzarını ziyarətdən sonra isə əvvəlcə Şəhidlər Xiyabanında, sonra isə Xoşbulaqda-ailəsinin yaşadığı evdə adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.

Adına hazırlanmış tort kəsilib.

Xatirə fotoları çəkdirilib.

Şəhidin anası Sevda xanımın göz yaşları içində dediklərindən:

“Röyal, mən Sənə belə doğum günü arzulamamışdım…Ana da balasına məzar başında doğum günü, ad günü keçirər?…Röyal, mən Sənə toy arzulamışdım, toyunu görmək istəyirdim…Bütün arzularım, bütün arzularımız gözümdə, gözümüzdə qaldı…”

Şəhidin məzarını ziyarətdə və adına açılan ehsan süfrəsində ailə üzvləri, Daşkəsənli Şəhid ailələri, Qazilər, din xadimləri, İcra başçısı Orxan Abbasov başda olmaqla, Daşkəsən rayonunun rəhbər, məsul şəxsləri və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

14:24

***

FOTOLAR:

16:17

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İtkin Şəhid Ruslan Mövlayevin atası Kamil Mövlayev-HAQQIN DƏRGAHINA QOVUŞDU – FOTOLAR

Read Next

“Atası ilə vidalaşarkən deyib ki, mən gedirəm, anama demə, qismət olsa, görüşərik…Balamın nəşini dekabr ayında tapdıq…Rəhmətlik Azad Rəhimov oğluma qol saatı hədiyyə etmişdi…”-DAŞKƏSƏNLİ, XOŞBULAQLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN TƏK VƏ SUBAY OĞLU MƏHƏMMƏD VAQİF OĞLU ABDULLAYEVİN ANASI AYBƏNİZ ABDULLAYEVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir