Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Rəsulun ölüm xəbəri məni çox üzdü, çox sarsıtdı…Onu Tərtərdən, hərbi xidmət dövründən tanıyırdım…Mən əsgər, Rəsul isə Gizir idi…
Bu sözləri hazırda Sumqayıt şəhərində yaşayan və ziyalı ailəsindən olan 2006-cı il təvəllüdlü Əvəz Vüsal oğlu Səfərov Etikxeber.az-a açıqlamasında dilə gətirib.
Əvəz Səfərov qeyd edib ki, 2024-2026-cı illərdə həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb.
Əvvəlcə Mingəçevirdə, sonra Gəncədə, daha sonra isə Tərtər istqamətində yerləşən hərbi hissələrdən birində xidmət dövrü keçirib.
“2024-cü ilin oktyabrından 2026-cı ilin aprelinə kimi həqiqi hərbi xidmətdə olmuşam. Sonuncu qulluq etdiyim hərbi hissə isə Tərtər istiqamətində olub. Gizir Nəsirovla da orada tanış olmuşam…Onun bağlı çox gözəl, yaddaqalan xatirələrim var…Mənə çox şeylər öyrətdi, çox yol göstərdi…Çox heyf ki, cavan, cəmi 23 yaşında rəhmətə getdi…Heç gözləmirdim…Mənim üçün şok oldu…Hələ də gözlərimə inana bilmirəm ki, Nəsirov artıq həyatda yoxdur…Onunla sözləşmişdik ki, Əsgərlikdən sonra da görüşəcəyik…Amma təəssüf ki, bu arzumuz yarımçıq qaldı…Onunla sağikən görüşmək qismət olmadı…Çox gözəl insan idi…Əsgərlikdə olanda məni tez-tez ailəmlə, anamla danışdırırdı…Mənə yemək-içmək alırdı…Söhbət edirdik, deyib-gülürdük…Çox heyf ki, onun toyuna, şad gününə deyil, yasına getmək mənə qismət olub…Anamla birlikdə Nəsirovun yasına, ailəsinə, ocağına getdik…Ailəsi ilə yaxından tanış olduq…Məzarını ziyarət etdik…Mənim üçün ağır, dəhşətli bir mənzərə idi…Çox heyf, çox təəssüf ki, onu belə cavan yaşında itirdik…Məkanı cənnətlik olsun! Allah ailəsinə səbr versin! Allah rəhmət etsin!”-deyə,Əvəz Səfərov sonra qeyd edib.
Qeyd edək ki, Rəsul Fərman oğlu Nəsirov Mingəçevirli İkinci Vətən Müharibəsi Şəhidi Qəhrəman Nəsirovun qardaşdıdır.
Rəsul Nəsirov ailənin beş oğlan övladından biri və subay olub.
O, hərbçi, Gizir idi.
Bir xeyli müddət öncə avtoqəza keçirib və nəticədə də səhhətində, ürəyində ciddi problemər yaranıb.
Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bir neçə gün öncə 23 yaşında həyatını itirib və Mingəçevir kənd qəbiristanlığında dəfn olunub.



Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





