Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Biləsuvarlı “Qisas” əməliyyatı Şəhidi Məhəmməd Bilal oğlu Məmmədovun Anım Günüdür.
Məhəmməd Məmmədovun bu gün-14 sentyabr 2026-cı il tarixində Əbədiyyətə uğurlanmasından dörd il keçir.
Etikxeber.az xəbər verir ki, Məhəmməd Məmmədov 1995-ci ilin dekabr ayının 12-də Biləsuvarın Ağalıkənd kəndində dünyaya gəlib…
Ailənin beş övladından, iki qardaşdan biri və evin sonbeşiyi olub…
Bacıları və tək qardaşı hazırda ailəlidir…
Bir müddət Bakıda yaşadıqları üçün birinci sinifə də elə paytaxt məktəblərindən birinə gedib 2002-ci ildə…
Sonra yenidən Biləsuvara, Ağalıkəndə döndükləri üçün üçüncü sinifdən orta təhsilini öz doğma kəndlərində davam etdirib…
2013-cü ildə orta məktəbi bitirdikdən, 18 yaşını başa vurduqdan bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb, 2016-cı ildə Əsgərliyini başa vuraraq yenidən evinə dönüb…
Çalışıb, işləyib, ailəsinə dəstək olub…
İkinci Vətən Müharibəsinə az qalmış isə Orduya, hərb həyatına qayıdıb…
İkinci Vətən Müharibəsində Şuşayacan uzun və şərəfli döyüş yolu keçib…
Noyabr ayının 4-də xəsarət, ağır kontuziya, kəllə-beyin travması alıb…
Bir neçə gün səhhətilə bağlı Ağsu rayon Mərkəzi Xəstəxanasında müalicə-müayinə olunub…
Həmin vaxt ona baxan həkiminə, əslən Qəbələli olan, onunla eyni soyadı daşıyan Mələk xanıma aşiq olub, sonradan da nişanlanıblar…
Xəstəxanadan buraxıldıqdan sonra yenidən Orduda qalıb, Gizirlik kursunda oxuyub, Gizir rütbəsini daşıyıb…
Peşəkar hərbçi, Gizir kimi 2022-ci ilin “Qisas” əməliyyatında iştirak edib…
Sentyabrın 12-dən 13-nə keçən gecə isə Kəlbəcər istiqamətində qəhrəmancasına Şəhid olub…
Nəşi 14 sentyabr tarixində Ağalıkənd Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…
O, Ağalıkəndin 9 Şəhidindın biri, eyni zamanda, yeganə “Qisas” əməliyyatı Şəhididir…
İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra bir neçə medalla və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub…
Adını daşıyan küçə var.
***
Bu gün həm də “Qisas” əməliyyatı Şəhidlərindən-Goranboylu (həm də Kəlbəcərli) Ömər Muğan oğlu Şirinov və Oğuzlu Nail Adil oğlu Abbaslının Anım günlərdir.
Əslən Kəlbəcərli, özü isə Goranboy doğumlu olan Ömər Şirinov 1999-cu ilin sentyabrın 20-də sadə bir ailədə dünyaya gəlib.
Ailənin 3 oğlan övladından, 3 qardaşdan biri olub.
Ali təhsilə yiyələnib, Gəncə Dövlət Universitetinin xarici dil müəllimliyi (fransız dili) ixtisasını bitirib.
Lakin həyatını Ordu, hərb ilə bağlayıb, Leytenant hərbi rütbəsini daşıyıb.
“Qisas” əməliyyatı zamanı-2022-ci ilin 12 sentyabr tarixində isə Laçın istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Nəşi 14 sentyabr tarixində Goranboy rayonunun Zeyvə kənd qəbiristanlığında dəfn olunub.
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Ömər həm də subay olub.
***
Oğuzlu, Qarabaldırlı Nail Abbaslı isə 1997-ci ilin 10 fevral tarixində çox kasıb bir ailədə dünyaya göz açıb…
Ailənin iki övladından biri, tək bacının tək qardaşı, evin tək oğlu olub…
Bacısı hazırda ailəlidir…
Orta məktəbi, həqiqi hərbi xidmətini bitirdikdən bir müddət sonra, 2021-ci ilin payızında yenidən həyatını Ordu, hərb ilə bağlayıb…
Azərbaycan Ordusunda MAXE kimi fəaliyyətə başlayıb…
2022-ci ilin sentyabr ayının 13-də isə Kəlbəcər istiqamətində Şəhadətə ucalıb…
Nəşi də bir gün sonra, sentyabrın 14-də Qarabaldır kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra medal və ordenlə təltif olunub…
Bacısının oğlu hazırda Onun adını daşıyır…
Ömər kimi Nail də subay olub…
Məkanları cənnətlik, ruhları şad olsun!
Nurlar içində yatsınlar!
***











Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





