Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mingəçevirli İkinci Vətən Müharibəsi Şəhidi Hüseyn Adil oğlu Abbasəliyevin Anım Günüdür.
Bu gün-29 sentyabr 2026-cı il tarixində Hüseyn Abbasəliyevin Əbədiyyətə uğurlanmasından 6 il keçir.
Etikxeber.az xəbər verir ki, ata tərəfdən əslən Qərbi Azərbaycanlı olan Hüseyn 2000-ci ilin oktyabr ayının 22-də Mingəçevir şəhərində sadə dünyaya gəlib…
Ailənin iki övladından, iki qardaşdan biri və evin böyük oğlu olub…
2006-2017-ci illərdə 14 saylı tam orta məktəbdə təhsil alıb…
Ali məktəbə iş versə də, qəbul oluna bilməyib…
2018-ci ilin payızında, 18 yaşını tamamladıqdan sonra Əsgərliyə çağırılıb, Naxçıvan Muxtar Respublikasında (NMR) xidmət edib…
2020-ci ilin martında Əsgərlikdən evinə, ailəsinə dönüb…
2020-ci ilin sentyabrın 21-də səfərbərliyə cəlb olunub…
27 sentyabr tarixində isə İkinci Vətən Müharibəsinə qatılıb və 29 sentyabr 2020-ci il tarixində Şəhadətə qovuşub…
Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Mingəçevirdə adını daşıyan küçə var…
Hüseyn həm də subay olub…



***
Bu gün həm də Tərtər rayonunun İkinci Vətən Müharibəsində mülki Şəhidləri-Şəhid qardaşlar – Xaliq və Elşən Asif oğlu Abbasovların Anım günləridir.
Ailənin dörd övladından, dörd qardaşdan ikisi olan Xaliq və Elşən Abbasovlar İkinci Vətən Müharibəsinin ikinci günündə, sentyabr ayının 28-də Tərtərin Şıxarx qəsəbəsində Şəhidlik məqamına ucalıblar.
Hər iki qardaş Şıxarx qəsəbəsinin artilleriya atəşinə tutması nəticəsində Şəhid olublar.
Hər ikisinin də nəşi bir gün sonra, 29 oktyabr tarixində Poladlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Hər iki qardaş ailəli, iki övlad atası olublar.
1981-ci il təvəllüdlü olan Xaliq iki qız, 1987-ci təvəllüdlü-evin sonbeşiyi Elşən isə iki oğlan atası idi.
Hər ikisinin də övladları hazırda orta məktəbdə oxuyurlar.



Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





