Bu gün-axşam saatlarında daha bir İkinci Vətən Müharibəsi Qazisini-Vətən sevdalısı Gündüz Musayevi ziyarət etdik…
Əslən Laçınlı, özü isə Bərdə şəhərində-əmisinin ailəsi ilə birlikdə yaşayan Gündüz Musayevə hər zaman Şəhid ailələrinin və Qazilərin yanında olan Bərdəli Yasin Mustafayevlə birlikdə baş çəkdik…
Qazimizlə, İgid, Qəhrəman Vətən sevalımızla hal-əhvallaşdıq, söhbətləşdik…
Qazimizlə söhbət zamanı məlum oldu ki, növbəti-18-ci dəfə ağır cərrahi əməliyyata hazırlaşır və əməliyyatı da yaxın vaxtlarda gözlənilir…
Hərtərəfli dəstəyə ehtiyacı olan Qazimizin əməliyyatı isə yenə Bakı şəhərində olacaq…
Odur ki, Qazimizə Allahdan şəfa, sağlamlıq dilədik…
Arzu etdik ki, əməliyyatı uğurlu şəkildə başa çatsın və gec də olsa, tam sağlamlığına qovuşsun, Haqq etdiyi hərtərəfli dəstəklə əhatələnsin!
Bu yerdə xatırlatmağa dəyər ki, əslən Laçınli olan Qazimiz 1999-cu ilə Bərdədə sadə bir ailədə dünyaya gəlib…
Ailənin iki oğlan övladından biridir…
Nitq və eşitmə qüsurlu olan valideynləri hazırda Tərtər rayonunun Şıxarx qəsəbəsində yaşayırlar…
Sumqayıtda yaşayan və ailəli olan qardaşı da İkinci Vətən Müharibəsi iştirakçısıdır…
Gündüz orta məktəbi bitirdikdən sonra, 2017-2018-ci illərdə Orduda xidmət edib, Vətənin keşiyini çəkib…
Əsgərlikdən döndükdən bir müddət sonra yenidən həyatını Ordu, hərb ilə bağlamağa qərar verib…
MAXE kimi fəaliyyət göstərməyə başlayıb və tarixi İkinci Vətən Müharibəsi başlayan zaman cəmi 5 ayın hərbçisi olub…
Və İkinci Vətən Müharibəsinin 4-cü günündə, sentyabrın 30-da Suqovuşan istiqamətində qanlı döyüşlər zamanı bir neçə yerindən-nahiyəsindən – ayaqlarından, qolundan, belindən ağır şəkildə yaralanıb…
Həmin vaxtdan da bu günə qədər 17 dəfə ağır əməliyyat keçirib və qeyd etdiyimiz kimi 18-ci cərrahi əməliyyatına hazırlaşır…
Birinci qrup müharibə-Qarabağ əlilidir…
Üç medallı-24 yaşlı Qazimiz, Vətən sevdalımız həm də və hələ də subaydır..
Qazimizi ziyarətimizi təxminən bir saata yaxın çəkdi…
Allah köməyi, Yar və Yardımçısı olsun, tezliklə tam sağlamlığına qovuşdursun!
Amin!
***
FOTOLAR:





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az