18 sentyabr – Milli Musiqi Günü təntənəli şəkildə qeyd ediləcək

18 sentyabr – Milli Musiqi Günü hər il olduğu kimi bu il də ölkəmizdə geniş və təntənəli şəkildə qeyd ediləcək. Bununla yanaşı, bu musiqi bayramı tariximizə görkəmli bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, ensiklopedik biliyə malik musiqişünas alim Üzeyir Hacıbəylinin doğum günü kimi həkk olunub.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu münasibətlə  tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək dahi bəstəkar Üzeyir Hacıbəylinin və digər görkəmli mədəniyyət, incəsənət xadimlərinin məzarlarını ziyarət ediblər.

Qeyd edək ki, böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderimiz 1995-ci ildə – dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Həmişə olduğu kimi, bu dəfə də sentyabrın 18-dən başlanaraq bütün musiqi müəssisələrində dahi Üzeyir Hacıbəylinin doğum günü qeyd olunacaq. Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda sentyabrın 18-də başlanan Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı sentyabrın 27-dək davam edəcək.

Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqiçilər Azərbaycan Milli Konservatoriyasında Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbirə qatılıb, Milli İncəsənət Muzeyinin bağındakı “Güllələnmiş heykəllər” abidəsinin ziyarət edib, burada Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın heykəlləri önünə qərənfillər düzüblər.

Etikxeber.az

 

Read Previous

Lənkəran Dövlət Dram Teatrı yeni mövsümə “Əsrlərin harayı” tamaşası ilə başlayacaq

Read Next

Lənkəranda 6 partlamamış tank əleyhinə mina aşkarlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir