Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Göyərtəsində 180-ə yaxın sərnişin olan Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi “texniki nasazlıq” səbəbindən Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb.
Etikxeber.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə barədə xəbəri hava limanının rəhbərliyi də təsdiqləyib və bildirilib ki, təyyarə uçuşdan sonra qəzaya uğrayıb.
***
Təyyarə qəzası nəticəsində sərnişinlərin hamısı həyatını itirib.
Bu barədə isə “Reuters” məlumat yayıb.
İranın Aviasiya Nazirliyinin rəsmi nümayəndəsi Cəfər Zadənin bildirdiyinə görə, təyyarədə 167 sərnişin olub.
***
Təyyarənin İranda qəzaya uğramasının səbəbi açıqlanıb.
Tehranın İmam Xomeyni Aeroportunun rəsmi nümayəndəsi İRNA agentliyinə bildirib ki, qəzaya təyyarənin mühərrikinin alışması səbəb olub.
Qeyd edək ki, qəza nəticəsində sağ qalan olmayıb.
***
“Ölkəmizin İrandakı səfirliyindən verilmiş ilkin məlumata görə, bu ölkədə baş vermiş təyyarə qəzasında həlak olanlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat daxil olmayıb”.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
Onun sözlərinə görə, Azərbaycanın İrandakı səfirliyi tərəfindən məsələ nəzarətdə saxlanılır (APA).
***
Ukrayna Prezidenti Vladimir Zelenski Tehranda Ukrayna Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Omana səfərini təxirə salıb.
Bu barədə Ukrayna Prezidenti Ofisinin mətbuat xidməti məlumat yayıb.
Vladimir Zelenski təyyarədə olan sərnişinlərin və ekipaj üzvlərinin ailələrinə və yaxınlarına başsağlığı verib.
Prezident həlak olanların siyahısının tutulduğunu bildirib.
Etikxeber.az