19 min nəfərdən çox əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin olunub – Nazirlik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiya xidmətləri ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a bildiriblər ki, cari ilin yanvar-oktyabr aylarında nazirlik tərəfindən 19 min 500 nəfərdən çox əlilliyi olan şəxsin bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təminatı həyata keçirilib. Belə ki, qeyd olunan dövrdə nazirliyin əlillərin bərpa mərkəzlərində 6 900 nəfər əlil şəxs bərpa-müalicə xidmətləri ilə təmin olunub. Kompleks tibbi, sosial və peşə reabilitasiyası tədbirlərinin aparılması yolu ilə onların reabilitasiya potensiallarının reallaşdırılması istiqamətində işlər aparılıb. Həmçinin 128 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın (valideynlərindən biri ilə bərabər) xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib.

Cari ilin 10 ayında 12 511 nəfər əlilliyi olan şəxs isə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən protez-ortopedik bərpa xidmətləri ilə təmin olunub. Onlara ümumilikdə 28 687 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi (1 108 ədəd əlil arabası, 597 ədəd eşitmə aparatı, 1 145 ədəd aşağı və yuxarı ətraf ortezi, 946 ədəd aşağı və yuxarı ətraf protezi, 2 231 ədəd dirsəkaltı və qoltuqaltı ağac, 2 165 ədəd əsa, 2 819 cüt protez ayaqqabı, 7 623 ədəd müxtəlif yardımçı reabilitasiya vasitəsi və s.) verilib.

Eyni zamanda respublikanın bölgələrində səyyar formada protez-ortopedik bərpa xidmətləri göstərilib. Əlilliyi olan insanlar elə yaşadıqları rayon və ya şəhərdə ehtiyac duyduqları protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təmin ediliblər.

Etikxeber.az

Read Previous

Bakının 100 məktəbində “Milli Qəhrəmanlar” guşəsi yaradılacaq

Read Next

Güləşçilərimiz beynəlxalq turnirində iştirak edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir