19 oktyabr aksiyası – İKİ FƏRQLİ MÜNASİBƏT

Əslində dünən qanunsuz mitinqə cəhd etməklə Əli Kərimli və dəstəsinin də məqsədi bu idi-növbəti dəfə Azərbaycanı ləkələmək ümün onlara “fakt” vermək.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

“Artıq dünəndən başlayıblar. Qərbdə haylara havadarlıq edən, yaxud da onlarla işbirliyində olan çevrələri deyirəm. “Qoca, qadın demədən Azərbaycan polisi elə etdi, belə etdi”- yazaraq, fotolar paylaşırlar. Əslində dünən qanunsuz mitinqə cəhd etməklə Əli Kərimli və dəstəsinin də məqsədi bu idi- növbəti dəfə Azərbaycanı ləkələmək ümün onlara “fakt” vermək.

Bəs qanunsuz aksiya keçirən, yaxud da aksiya zamanı azacıq həddini aşanlarla həmən qərbdə-ABŞ-da, Böyük Britaniyada, Almaniyada, Fransada, İsveçdə, Hollandiyada, İspaniyada və digərlərində necə davaranırlar? Necə davranacaqlar olduqca sərt və amansızcasına, etirazçıların üzərinə hətta at və itlə gedirlər ki, aşağıdakı fotolarda bu dediklərim öz əksini tapır.

Bizim polislərə gəldikdə, ölkəsində əmin-amanlıq istəyən bir vətəndaş olaraq onlara dünən göstərdikləri yüksək peşəkarlığa və qətiyyətə görə təşəkkür edirəm!”-deyə, o, sonra sözlərinə əlavə edib.

sahib_aliyev_054

penahhh

mitiinq-2

Sabiq deputat, eks baş nazir və keçmiş dövlət katibi Pənah Hüseyn isə qeyd edib ki, mitinqdə həbs olunan Ə. Kərimliyə qarşı baş vermiş şiddət onun “qanını dondurub”.

“Nə qədər tərbiyəsizlik, əxlaqsızlıq, ədəbsizlik, anti-insanilik ola bilər ki, Azərbaycanın ana müxalifət partiyasının sədrinə qarşı bu dərəcədə vandallıq baş versin?”-deyən P. Hüseyninin sözlərinə görə, bu hadisə ona 1991-ci ilin avqust ayının 23-də AXC-nin sovetski deyilən ərazidə yerləşən qərargahında baş verənləri xatırlatdı.

“…O zaman da Ayaz Mütəllibov rejimi Əbülfəz Elçibəyi elə ölümünə döydürmüşdü. Necə o hadisə Əbülfəz Elçibəyi hakimiyyətə daşıdısa, bugünkü hadisə də Əli Kərimlini zəiflətmədi, əksinə, Əli Kərimlini ölkənin söz sahiblərindən birinə çevirdi. Sonuna qədər Əli Kərimlinin yanındayam! Sonuna qədər Əli Kərimliyə qarşı baş verən bu mənfur, iyrənc, ədəbsiz və tərbiyəsiz vandallığı qınayıram!Sonuna qədər Əli Kərimliyə əlləri və ayaqları ilə işgəncə verənlərin əllərinin və ayaqlarının qırılmasını tələb edirəm!…”-deyə, P. Hüseyn sözlərinə əlavə edib.
Etikxeber.az

 

Read Previous

“Gənc kadrlarla əvəzolunma prosesi daha sürətlənəcək…” – MİLLƏT VƏKİLİ

Read Next

Baş nazirin səlahiyyətləri artırılır?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir