19 yaşında, müharibənin düz bir ayının tamamında Şəhid olan və atasının doğum günündə torpağa tapşırılan Kamran Qasımov: ŞƏHİDİN ANASINA “VƏTƏN NAMİNƏ”-NİN “ŞƏHİD ANASI” MEDALI VƏ VƏSİQƏSİ TƏQDİM OLUNDU… – FOTOLAR – YENİLƏNİB

Bu gün daha bir Şəhid ailəsində oldum…

Daha bir İkinci Vətən Müharibəsi Şəhidinin-əslən Gədəbəy rayonunun Qaravəllər kəndindən olan Kamran Fazil oğlu Qasımovun ailəsini ziyarət etdim, onlara baş çəkdim…

Qeyd edək ki, Kamran Qasımov 2001-ci ilin fevral ayının 20-də Bakının Sabunçu rayonunun Zabrat (Zabrat-1) qəsəbəsində sadə bir ailədə dünyaya gəlib…

Ailənin iki oğlan övladından biri, evin sonbeşiyi olub…

Loğman adlı qardaşı hazırda subaydır…

2007-ci ildə Zabrat qəsəbəsinin 192 saylı tam orta məktəbinin 1-ci sinfinə gedib, 2016-cı ildə həmin məktəbin 9-cu sinifini bitirib və həmin il 14 saylı Bakı Peşə Liseyinə daxil olub…

Liseyi bitirdikdən bir müddət sonra, 2019-cu ilin iyul ayında Gədəbəy rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə göndərilib..

Xidmətə Füzuli rayonundakı “N”saylı hərbi hissədə başlayıb…

Sonra isə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən (Lələtəpədə) “N” saylı hərbi hissədə qulluq edib…

Və İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib…

Şərəfli döyüş yolu bir ay çəkib…

Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb.

Döyüş yoldaşlarının ailəsinə dediyinə görə, döyüşlər zamanı 62 nəfəri və 7 yaralını məhz Kamran mühasirədən, düşmənə əsir-girov düşməkdən xilas edib…

Axırıncı dəfə isə ailəsi ilə oktyabrın 24-də danışıb…

Müharibənin düz bir ayının tamamında, oktyabrın 27-də isə Xocavənd istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi bir ay sonra, noyabr ayının 26-da, özü də hazırda xəstəxanada xəstə yatan atasının ad günündə, 48 yaşı tamam olan gündə Zabrat qəbiristanlığında dəfn edilib…

Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…

Kamran həm də subay olub…

Ziyarət zamanı Şəhidimizin ailəsinə Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin məqamı Uca olsun!”-dedim…

Müqəddəs ruhu qarşısında dərin ehtiramla baş əydiyimi bildirdim…

Ailəsi, anası ilə bir xeyli söhbətləşdim…

Və Şəhidimizin anasına-Nailə Vidadi qızı Qasımovaya Qubalı Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsini təqdim etdim…

Şəhidimizin anası da öz növbəsində Tünzalə xanıma və “Vətən Naminə” təşkilatına belə bir nəcib addıma görə minnətdarlğını ifadə etdi…

Və daha bir Şəhidimizin ailəsini ziyarətim başa çatdı…

Allah Şəhidimizin məkanını cənnətlik etsin, ailəsinə isə bir daha səbr və dözüm versin!

12:12

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hava küləkli olacaq-SABAH

Read Next

Daha 518 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir