“190 manat yardım göstəriləcək şəxslərin çərçivəsinin “işsizliyə görə qeydə alınmış 200 min nəfərdən ibarət” müəyyən edilməsi haqqında məlumat təəcüb və qəzəb doğurmaya bilməz”-EKS-DEPUTAT

Koronovirusla bağlı aprel və may aylarında 190 manat yardım göstəriləcək şəxslərin kateqoriya və çərçivəsinin “işsizliyə görə qeydə alınmış 200 min nəfərdən ibarət “ müəyyən edilməsi haqqında məlumat təəcüb və qəzəb doğurmaya bilməz. Karantin rejimi ilə bağlı minumum yaşam şərtlərini itirmiş və təcili yardıma ehtiyacı olan əhali kütləsinin sayı bu rəqəmdən qat- qat şox olmaqla onların əksəriyyəti işsiz kimi rəsmi qeydiyyata düşməyən şəxslərdən ibarətdir. Və ümumiyyətlə, rəsmən işsiz kimi qeydiyyatdan keçmiş şəxslərin siyahısı açıqlansa görünər ki, onların əhəmiyətli bir hissəsinin heç yardıma ehtiyacı yoxdur. Yardıma həqiqi ehtiyacı olanların mütləq əksəriyyəti o siyahıda yoxdur!

Etikxeber.az xəbər verir ki, bunu sabiq Baş nazir və eks-dövlət katibi, keçmiş millət vəkili Pənah Hüseyn deyib.

Onun sözlərinə görə, təklif olunur ki, xüsusi forma təsdiq edilərək bu yardıma ehtiyacı olduğunu bildirən hər bir şəxs müraciəti əsasında internet (və başqa formalarda) qeydə alınsın və onlara dərhal yardım göstərilməyə başlanılsın.

“Düzgün olmayan müraciətləri sonradan aydınlaşdırıb verilmiş vəsaitləri qaytarmaq olar. İndi isə buna təcili və sistemli şəkildə başlamaq lazımdır. Bundan əlavə müraciət edənlərə banklar tərəfindən aylıq, faizsiz istehlak kredit kartlarının verilməsi tətbiq edilə bilər. Bunun xarici ölkələrdə örnəkləri var. Məsələn, azərbaycanlı tələbələr Türkiyədə Azərbaycan höküməti tərəfindən “Miqros” mağazalar şəbəkələrindən 200 lirəlik ərzaq almağa imkan verən kodlar almağa başlamışlar. Ödəniş alan şəxslərin siyahıları dərc edilməlidir ki, xəzinənin pulunun xərclənməsində şəffaflıq olsun…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Koronavirusla bağlı dəhşətli sirlər-BUNLARI HEÇ KİM BİLMİR – ARAZ ŞƏHRLİNİN ARAŞDIRMASI

Read Next

“Qarabağ qazisi Vəkil Musayevin ölüm xəbəri məni dərindən sarsıtdı…”-DEPUTAT – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir