195 yaşayış məntəqəsinə təbii qaz verilib – “Azəriqaz”

“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən bu il 195 yaşayış məntəqəsinə təbii qaz verilib.

İstehsalat Birliyindən Etikxeber.az-a verilən məlumata görə, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istifadə edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir.

İstehlakçıların təbii qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən cari ilin yanvar-noyabr ayları ərzində 7776,5 kilometr yeni qaz kəməri quraşdırılıb. Qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 246,5 kilometr qaz kəməri əsaslı təmir edilib. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 195 yaşayış məntəqəsi təbii qazla təmin olunub.

Etikxeber.az

Read Previous

Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçir

Read Next

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir