“1990-1991-ci illərin qışı idi, Əliyevlə darısqal bir otaqda oturmuşduq…” – ELMİRA AXUNDOVA – FOTOLAR

Hollandiya parlamentinin Beynəlxalq Mətbuat Mərkəzində millət vəkili, Xalq yazıçısı Elmira Axundovanın Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş və ingilis dilində nəşr edilmiş üçcildliyinin təqdimat mərasimi keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbir Avropa Azərbaycanlıları Konqresi və Benilüks Azərbaycanlıları Konqresi təşkilatçılığı ilə keçirilmişdir. Təqdimat mərasimində Hollandiya parlamentinin üzvləri, İctimai xadimlər, Haaqada fəaliyyət göstərən müxtəlif diaspor təşkilatlarının sədrləri, həmçinin Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev və səfirliyin 1-ci katibi Vüsal Əliyev iştirak ediblər.

emma-5

emma-6

emma-7

Çıxış edənlər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında misilsiz rolundan danşaraq qeyd ediblər ki, E. Axundovanın ümummilli liderimiz haqqında kitabları avropada yaşayan və bizim tariximizlə maraqlanan insanlar üçün ən dəyərli və etibarlı mənbədir.

Tədbirdə çıxış edən E. Axundova isə H. Əliyevlə ilk tanışlığından, onun yanında işlədiyi illərdən, çoxcildliyin yaranma tarixindən danışaraq bunları deyib:

emma-1

“… 1990-1991-ci illərin qışı idi. Biz onunla Naxçıvanda darısqal bir otaqda oturmuşduq və o mənə keçmiş həyatından, Qarbaçovla qarşılıqlı münasibətlərindən, SSRİ-nin dağılmağa məhkumluğundan, respublikamızın isə tezliklə müstəqil olacağından qeyri-adi şeylər danışırdı. Mən Heydər Əliyevə baxırdım və ona düzünü desəm acıyırdım – qocalmış, sınıxmış o, sanki Sovet İttifaqı ilə birlikdə gedən dövrün bir parçası idi. Və heç kəs dünyada, çox güman, o vaxt ehtimal edə bilməzdi ki, Azərbaycanın keçmiş kommunist lideri, qüdrətli Sovet imperiyasının rəhbərlərindən biri az keçmiş, küldən canlanan Simurq quşutək, bütün respublikanı, sonra isə bütün dünyanı təəccübləndirəcək. SSRİ-də ilk dəfə məhz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında sovet hakimiyyətini ləğv edəcək, ona Azərbaycan Demokratik Respublikasının bayrağını və himnini qaytaracaq.

Üç ildən sonra o, xalqın istəyi ilə Azərbaycanın prezidenti olacaq. O, hakimiyyətə qayıdacaq ki, vətəndaş müharibəsinin, ölkənin dağılmasının qarşısını alsın. O, qısa müddət ərzində döyüşqabiliyyətli ordu yaradacaq, tarixi neft kontraktlarını imzalayacaq, SSRİ-də ilk dəfə olaraq sözdə deyil, işdə torpağı xüsusi mülkiyyət elan edəcək və onu Azərbaycan kəndlisinə paylayacaqdır. Bu insanın sirri nədə idi? Niyə bütün ağlagələn və ağlagəlməz vəziyyətlərin əksinə olaraq o, eyni çaya iki dəfə girib, oradan qalib çıxa bilmişdi? Mənə elə gəlir ki, bunun açması böyük ingilis siyasətçisi Uinston Çörçilin sözlərindən ibarətdir. Çörçil bir dəfə demişdir: “Dəyişən vəziyyətə müqabil olmağın yeganə üsulu onunla birlikdə dəyişməkdir”.

Heydər Əliyev zamana və vəziyyətə müqabil dəyişə bilir və bunu kifayət qədər orqanik edirdi. Zira onun üçün əsas doğma vətəninin – sevimli Azərbaycanın milli maraqları idi. … Bu üçcildliyin iki qəhramanı var – Heydər Əliyev və Zaman, qəhrəmanımın özü kimi ölçüyə gəlməyən, ziddiyyətli, faciəli və parlaq XX əsr. Heydər Əliyev çox çətin bir ömür yaşayıb. О, sitayiş etdiyi idealların puça çıxmasını görüb, sədaqətlə, cani-dildən xidmətində durduğu ölkənin dağılmasına tab gətirib. O, yeni dövrə qədəm basaraq və həyatını sıfırdan başlayaraq siyasi Olimpi ikinci dəfə fəth edib. Lakin bu tamamilə başqa bir ölkədə, başqa bir dövrdə baş verib.

Hərdən mənə elə gəlirdi ki, mən müxtəlif adamlar haqqında yazıram, çünki ağlagəlməz dərəcədə fərqli faktların, hadisələrin bir insan ömrünə sığması inanılmazdır. Bir neçə tarixi dövrü əhatə etmiş ömür. Üçcildliyin ön sözünün müəllifi görkəmli qazax yazıçısı Oljas Suleymenov demişdir ki, bu kitabları yazdıran Məhəbbətdir. Mən həqiqətən öz qəhrəmanımı sevirəm və istəyirəm ki, üçcildliklə tanışlıqdan sonra sizdə də ona qarşı eyni hisslər kök salsın. Mən bu kitabları çox yüksək, nəfis şəkildə nəşr edən TEAS-press nəşriyyatına və onun rəhbəri Tale Heydərova minnətdarlığımı bildirmək istəyirəm, onlar əsl sənət nümunəsini yaradıblar”.

Həmçinin, qeyd edilib ki, adıçəkilən 3 cildliyin təqdimatları artıq Londonda, Böyük Britaniya parlamentində və macar dilində Budapeştdə keçirilib.

“İndi isə biz 3 cildliyi Avropanın mərkəzində, Haaqa parlamentində bunu təqdim edirik. Buna görə mən əziz dostum, Avropa Azərbaycanlıları Konqressinin Prezidenti cənab Sahil Qasımova və Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədova dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, hamınıza çox sağ olun deyirəm ki, dəyərli vaxtınızı  ayıraraq, bu gün bizimlə birlikdə oldunuz”-deyə, E. Axundova sonra bildirib.

Tədbirin sonunda Azərbaycanın milli şirniyyat nümunələrindən ibarət çay dəstgahı təşkil edilib və  müəllif qonaqlar üçün kitab imzalayıb.

emma-2

emma-3

emma-4

Etikxeber.az

Read Previous

Lətifə Əliyeva, Nübar Novruzova, Mehriban Abdullayeva, Vaqif Əsədov… – SƏRƏNCAM

Read Next

Əliyev İranın Sərhəd Qoşunları komandanını qəbul etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir