1993-cü ilin 15 iyunundan 2021-ci ilin 15 iyununa gedən Zəfər yolu! Və əlvida, həmsədrlər, əlvida, Minsk qrupu!-ELDAR İBRAHİMOV YAZDI – (ÖZƏL)

15 iyunun Azərbaycan xalqının, ikinci müstəqil Azərbaycanın tarixində xüsusi yeri, önəmi və çəkisi var.

15 iyun Azərbaycan xalqının müasir dövlətçilik tarixinə, təqvimimizə Milli Qurtuluş Günü, ikinci müstıqil Azərbaycanın qurucusu və banisi, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı, Azərbaycanı bölünmə, parçalanma, vətəndaş müharibəsi təhlükəsindən qurtarması kimi düşüb.

Düz 28 il sonra, 2021-ci ilin 15 iyununda isə tarix başqa bir formada təkrarlandı, həmin gün yenidən Tarix yazıldı.

Ulu Öndər bütün sahələrdə, bütün müstəvilərdə siyasətini uğurla davam etdirən ölkə Prezidenti, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev işğaldan azad olunmuş Şuşamızda hər zaman və hər daim yanımızda olan qardaş, dost Türkiyənin Prezidenti, çox hörmətli Rəcəb Tayyib Ərdoğanla tarixi bir sənədə, Şuşa Bəyannaməsinə-Müttəfiqlik Bəyannaməsinə imza atdılar.

Bununla “İki dövlət-tək millət”in tarixində yeni dönəm, yeni mərhələ başlandı.

Bununla bir daha Azərbaycanla Türkiyənin, Türkiyəylə Azərbaycanın qardaşlığının, dostluğunun təkcə sözdə, kağız üzərində deyil, əməldə, ruhda birgəliyi, sarsılmazlığı bütün dünyaya əyan və bəyan olundu.

Bütün dünya bir daha Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun daimiliyinə, əbədilyinə və dönməzliyinə şahidlik etdi.

Hər kəs bundan öz nəsibini aldı, öz payını götürdü, hamı dərk və qəbul etdi ki, Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan qardaşlığı və dostluğuna, birlik və bərabərliyinə mane, əngəl ola biləcək heç bir güc, qüvvə yoxdur və ola da bilməz.

Azərbaycanla Türkiyə bundan sonra da qoşa qanad kimi birlikdə addımlayacaq, birlikdə hələ çox ilklərə, Qələbə və Zəfərlərə imza atacaq.

Eyni zamanda, son aylar bölgəmizdə, dünyamızda baş verənlər, yaşananlar bu Bəyannamənin, bu Memorandumun nə qədər önəmli və əhəmiyyətli olduğunu bir daha ortaya qoydu.

Bütün bunlar hər iki ölkənin Liderinin nə dərəcədə praqmatik, nə dərəcədə müdrik və uzaqgörən olduğunu bir daha gözlər önünə sərdi.

Bunu, bunları yalınız İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan kimi qətiyyətli, dəmir iradəli Liderlər edə bilərdi və etdilər də.

Hər iksinə də bir daha dərin minnətdarlığınmızı və təşəkkürlərimizi ifadə edirik.

Allah hər iki Lideri qorusun, Allah Azərbaycanla Türkiyəmizi hifz etsin!

***

Cəmi günlər öncə ölkəmiz daha bir beynəlxalq, nüfuzlu tədbirə layiqincə evsahbliyi etdi.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirildi.

Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdi.

İyunun 18-cən davam edən Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparıldı.

Açılış mərasimində növbəti tarixi çıxışını edən ölkə Prezidenti cənab İlham Əliyev bildirdi ki, IX Forumda 50 ölkədən nümayəndə, yüksək səviyyəli nümayəndə iştirak edir və bu göstərici bir il bundan əvvəlki göstəricidən xeyli çoxdur.

Bu isə müzakirələrin cəlbedici, bu platformaya ehtiyacın olduğunu nümayiş etdirir və çox faydalıdır, onun çox mühüm praktiki təsiri var.

Eyni zamanda, qeyd olundu ki, bu gün heç vaxt olmadığı kimi, yeni yanaşmaların işlənib hazırlanmasına ehtiyac var.

Dövlət başçımız çıxışında “Yeni yanaşmalar haqqında danışarkən görürük ki, ötən ilin noyabrına təsadüf edən, burada – “Gülüstan” sarayında keçirilən görüşümüzdən bəri dünyanın dəyişməsi aydındır. Dəyişiklik fundamentaldır. Hələ ki, proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşayiət olunur, lakin dünyanın fərqli olacağı aydındır və o, artıq fərqlidir. Buna görə də müzakirələr, fikir mübadilələri, bəzən fərqli fikirlərin ziddiyyətləri yeni yanaşmaların işlənib hazırlanması üçün lazım olanlar da bunlardır. Əlbəttə ki, hər bir ölkə bu prosesə, ilk növbədə, təhlükəsizlik tədbirləri ilə bağlı töhfə verməlidir”-deyərək, bir daha bəyan etdi ki, təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib.

Eyni zamanda, Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı Forumu isə bunun üçün mükəmməl platforma olaraq çıxış edir. Çünki bu Forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir Forumdur və hesab edirik ki, bu, belə də olmalıdır. Çünki biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq.

Çıxışında bir daha artıq tarixə çevrilmiş, geridə qalmış Qarabağ münaqişəsinə, o cümlədən, Zəngəzur dəhlizi məsələsinə toxunan ölkə Prezidenti bildirdi ki, dəhlizin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir.

“Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, vacib məsələdir, Azərbaycanın bunu tələb etməyə haqqı var”-deyərək, Ali Baş Komandan vurğuladı və öz xəbərdarlığını etdi ki, birincisi, Ermənistan hökuməti müvafiq Bəyanatı imzalayıb, ikincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkmiş ölkə olaraq bizim bunu tələb etməyə mənəvi haqqımız var.

Bəli, Ermənistanın artıq başqa seçimi yoxdur, o, artıq bütün bəhanələri bir kənara qoyub, öz imzasına sahib çıxmalı və öz öhdəliyini yerinə yetitməlidir.

Əgər bunun əksi olacaqsa, o zaman Azərbaycan da öz müvafiq addımlarını atacaq, “Dəmir Yumruq” yenidən işə düşəcək.

Çıxışında eyni zamanda, yarıtmaz fəaliyyəti ilə yaddaşlarda qalmış Minsk qrupu məsələsinə toxunan Ali Baş Komandan açıq şəkildə hər kəsə bəyan etdi ki, 1992-ci ildə təsis edilən, mandatı Qarabağ münaqişəsinin həllinə yardım etməkdən ibarət olmalı olan bu qrupun fəaliyyəti sıfırla nəticələnib.

Belə ki, ATƏT-dən mandat almış bu qrup 28 il ərzində heç bir nəticə əldə etməyib. Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur.

Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra aydındır ki, Minsk qrupunun üç həmsədr ölkəsi bir araya gələ bilməz və biz bununla bağlı artıq mesajlar almışıq – bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək.

Yəni, Minsk qrupu funksiyasını itirib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir.

Ona görə, düşünürük ki, bunun ən yaxşı yolu Minsk qrupuna əlvida deməkdir.

Təşəkkür edirik və əlvida deyirik!

30 il kifayətdir, artıq təqaüdə çıxmaq vaxtıdır!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

Azərbaycan Ordusunun Laçın və Kəlbəcər istiqamətlərindəki mövqeləri atəşə tutulub-MN

Read Next

“Öz dini təhlükəsizliyini təmin edə bilməyən ölkələr zaman-zaman bunun acı nəticələrini dadırlar…”-CEYHUN MƏMMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir