1998-ci ilin 12 sentyabrında nələr olmuşdu, kimin oğlu “mitinqçi” adıyla döyülmüşdü?

1998-ci ilin 12 sentyabarı (Xalid Kazımlı xatırlatdı)…Ölkədə az qala növbəti inqilab-çevriliş baş verəcəkdi…1993-cü ilin iyunundan bu yana müxalifətin 3-5 ən güclü aksiyasından biri və bəlkə də birincisi idi…

Etikxeber.az xəbər verir ki, bunu jurnalist Kamil Həmzəoğlu (Həmidov) öz “Facebook” səhifəsində paylaşdığı statusunda yazıb.

O vaxt tanınmış və ədası yeri-göyü dağıdan (hətta, YAP-çıların bir çoxunun da xoşuna gəlməyən, eləcə də, çox YAP-çılara çörək verən, vəzifəyə qoyan) keçmiş nazirlərdən birinin köməkçisi-indi “məşhuri-cahan” yazardır- tələbə yoldaşı olan iş yoldaşlarımızdan-“525-çi”lərdən birinə demişdi ki, həmin gün nazirlərin-dövlət rəsmilərinin, PA-dakıların çoxu qorxusundan qaçıb gizlənibmiş, birinci şəxs çoxlarına zəng edib tapa bilmirmiş (sonradan çoxlarının da yaxşıca “dərsini” veribmiş)...Amma müxalifətin “mənəm-mənəmliyi”, bir-birinə güzəştə getməməsi, reallığı dəyərləndirə bilməməsi, eyn zamanda, böyük Siyasət ustası mərhum Heydər Əliyevin növbəti siyasi ustalığı-vəziyyəti öz xeyrinə dəyişə bilmək bacarığı səbəbindən müxalifət öz məqsədinə nail oa bilmədi, aksiya gecəyə yaxın yatırıldı…
Hətta, o vaxt çox nüfuzlu baş nazir müavinlərindən birinin oğlu da (etik səbəblərdən və özlərinin razılığı olmadan adlarını yazmıram) həmin gün mitinqçi adı ilə döyülmüşdü…Həmin baş nazirin müavini də gedib oğlunu bilmədən döyən polis podpolkovnikini (polkovnik-leytenantını) qəşəngcə iş yerində çırpmışdı…

Ən maraqlısı və bəlkə də gülməlisi odur ki, həmin vaxt millətə və müxalifətə qarşı ən aqressiv, ən amansız davrananlar indi ən “radikal” müxalifətçilər, hakimiyyətə asi olanlar, “çörək itirən”lərdir…

Son 28 illə bağlı çoxlarının bilmədiyi və yaxud, bilib də unutduğu çox olaylar-xatirələr var, yaxşı pul, uzun zaman və normal səhhət olsaydı, nələr yazmaq olmazdı nələr- özü də kitab şəklində…”-deyə, o, daha sonra qeyd edib.

p-14

kam-11111

Etikxeber.az

Read Previous

2016/2017-ci tədris ili üçün tələbələrin yataqxana ilə təminatı başa çatdı

Read Next

Xalq artisti evə buraxıldı- “İstədik Qurban bayramını evdə keçirsin, xəstəxanada qalmasın”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir