“1999-cu ilin payızındakı gedişlərə…ehtiyac var”-KAMİL HƏMZƏOĞLU YAZDI

1999-cu ildə (payız aylarında) Qarabağ problemi ilə bağlı Azərbaycan üçün çox əlverişsiz və olduqca təhlükləli vəziyyət yaranmış-yaradılmışdı…

Bilənlər bilir…Azərbaycan hər tərəfdən sıxışdırılırdı, biabırçı sülhə getməyə-razılaşmağa məcbur və vadar edilirdi…

Dərhal BÖYÜK SİYASƏT USTAsı Heydər Əliyev düyməyə basdı, bütün cəmiyyəti səfərbər etdi…

Müxalifəti (Müsavatı, AXCP-ni, AMİP-i, Liberalları və sairi…), sözü, çəkisi olan ziyalıları, iqtidarlı, müxalifətli, müstəqilli bütün mətbuatı anındaca ayağa qaldırdı, hərəkətə gətirdi…

Sensasiya sayılacaq istefalar baş verdi…

3 yüksək vəzifəli məsul şəxs – dövlət müşaviri-mərhum Vəfa Quluzadə, politoloq-Prezident Katibliyinin rəisi Eldar Namazov və Xarci İşlər naziri Tofiq Zülfüqarov istefaya getdi…

Təbii ki, burada mütləq şəkildə-birinci şəxslə birbaşa razılaşdırılmış məqamlar varıydı, istefalar elə-belə deyildi…

Və cəmiyyətin bütün qatlarında supergüclərə, həmsədrlərə, dünyaya ( o zaman Azərbaycan indikindən qat-qat zəif və gücsüz, pulsuz-parasız…idi) Azərbaycanın etirazı, Qarabağ məsələsində xalqın bütünlüyü-həmrəyliyi nümayiş etdirildi, mesaj verildi…

Və böyük təhlükədən-biabırçı sazişdən qurtarıldı, xilas edildi Azərbaycan…

İndi də belə gedişlərə…ehtiyac var…Özü də çox böyük ehtiyac var…

Bəli, ölkə Prezidenti, Alİ Baş Komandan cənab İlham Əliyev də kifayət qədər uzaqgörən, bacarıqlı, hər şeyi ölcüb-biçən bir siyasətçi, dövlət rəhbəridir…

Onun da mütləq şəkildə planları var…

Amma bütün strukturlar, bütün yeni və köhnə kadrlar dövlət başçısının iş, hərəkət, fəaliyyət rejiminə uyğunlaşmalıdırlar, çevik, mütəhərrik olmalıdırlar…

12 Şəhidimizin qanı, qısası hələ də istədiyimiz kimi alınmayıb…Düzdür, düşmənə böyük-sarsıdıcı zərbə endirilib, amma cəmiyyət bunun davamlı və daha sərt olmasını istəyir, gözləyir, arzulayır…

Ona görə də umu-küsülər, iddialar, ambisiyalar…bir kənara qoyulmalıdır…Bütün cəbhələrdə bütün düşmənlər üzərinə birgəliklə-həmrəyliklə-elliklə-səmimiyyətlə getmək, dayanmamaq…lazımdır.

Qələbəyəcən İrəli!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Kadrlar dəyişir, yeni sturukturlar yaranır, informasiya savaşında isə yenə geri qalırıq, haqlı olduğmuz halda müdafiə mövqeyindədik…”-POLİTOLOQDAN XİN-Ə VƏ YENİ NAZİRƏ İRAD

Read Next

“Aparıcı dövlətlər, beynəlxalq insan-hüquq müdafiə təşkilatları gözləri qarşısında baş verənlərə, erməni terroruna artıq səssiz qalmamalıdırlar…”-DEPUTAT XARİCDƏKİ SOYDAŞLARIMIZA DA MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir