“2 girovumuzu əlimizdə olan eyni sayda Ermənistan vətəndaşına dəyişdirilməsini İrəvana təklif edək…” – POLİTOLOQ

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə paylaşdığı son statusda Rusiya ilə Ukrayna arasında girovların “hamıya hamıya” prinsipi ilə dəyişdirilməsini təqdir edib. “Girovların dəyişdirilməsi Rusiya ilə Ukrayna arasında sülhün əldə olunmasına dəstək olacağına ümid edirik” cümləsini yazan Paşinyan iki xalq arasında münasibətlərin bərpasının alternativi olmadığını bildirib.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“İndi bizdən nə tələb olunur? Azərbaycan Xarici İşlər Nazirliyi təkrar bəyanatlar yayınlamaqdansa yaradıcı yanaşma ortaya qoyaraq Paşinyanın son statusundan bəhrələnsin”-deyən politoloq bildirib ki,  Paşinyan statusunda girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini tərifləyib.

“Biz də onun bu statusuna istinad edərək, Dağlıq Qarabağdakı 2 girovumuzu bizim əlimizdə olan eyni sayda Ermənistan vətəndaşına dəyişdirilməsini İrəvana təklif edək…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Zelenskidən sonra Makronla da danışdı…

Read Next

AVRO-2020: VI tura start verildi – NƏTİCƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir