2 minə yaxın sosial mənzil tikiləcək – RƏSMİ

“Ölkədə inşaat sektorunun canlandırılması ilə bağlı bir çox tədbirlər həyata keçirilib”.

Etikxeber.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında deyib. Dövlət başçısı bu prosesin insanların həyat şəraitinin yaxşılaşdırılmasına, Bakının daha da gözəlləşməsinə, həm də tikinti materialları bazarının stimullaşdırılmasına xidmət etdiyini bildirib.

Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətini vurğulayan prezident qarşıdakı illərdə paytaxtda 2 minə yaxın sosial mənzilin inşa olunacağı söyləyib. O, köhnəlmiş mənzil fondunun yerində yenilərinin tikilməsinə start verildiyini, Ağ Şəhər layihəsinin uğurla icra olunduğunu, qarşıdakı dövrdə Akademik Milli Dram Teatrının arxasında və Təzəpir məscidinin ətrafında geniş abadlıq işlərinin aparılacağını açıqlayıb.

Etikxeber.az

Read Previous

Əliyev: “Xarici yardım olmasa, bir həftə ərzində qabağımızda dura bilməzlər…”

Read Next

Yeniyetmələr arasında Avropa Oyunları Azərbaycanda keçiriləcək- AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir