2 saylı orta məktəbdə intihara cəhd olmayıb – Abşeron Təhsil Şöbəsi belə iddia etdi

Abşeron rayonu Təhsil Şöbəsi şagirdin intihara cəhdi ilə bağlı məlumata münasibət bildirib.

Etikxeber.az xəbər verir ki, Təhsil şöbəsinin mətbuat katibi Anar Nağıyevin APA-ya bildirdiyinə görə, Abşeron rayonu 2 saylı orta məktəbin 6-cı sinif şagirdi Nuriyev Zahid məktəbin yaxınlığındakı futbol meydançasının hasarına çıxarkən yerə yıxılıb.

“Ayağından xəsarət alan Z.Nuriyev 1 saylı Şəhər Kliniki Xəstəxanaya yerləşdirilib. Vəziyyəti normaldır. 2 saylı orta məktəbdə intihara cəhd olmayıb”– deyə,  A. Nağıyev bildirib.

Etikxeber.az 

Read Previous

“Elçilik yadımdan çıxdı, amma…” – DEPUTAT

Read Next

“ABŞ Dağlıq Qarabağda sülhün əldə edilməsinə sadiqdir”- UORLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir