2 və 7 nömrəli marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edildi

Paytaxtın marşrut şəbəkəsinin optimallaşdırılması işləri çərçivəsində Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 2 və 7 nömrəli müntəzəm şəhərdaxili  marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Etikxeber.az-a verilən məlumata görə, dəyişikliyə əsasən 2 nömrəli marşrutun hərəkəti 30 noyabr tarixindən dəyişdirilərək Ziya Bünyadov prospekti 36, Daxili İşlər Nazirliyinin Respublika Hospitalının qarşısına qədər qısaldılıb və son dayanacaq həmin ərazi təyin edilib.

Dəyişiklikdən əvvəl isə 2 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacağı kimi “Azadlıq” və “Ziya Bünyadov” prospektlərinin kəsişdiyi ərazi müəyyən edilmişdi. Lakin bu dayanacaqlar günün pik saatlarında həmin yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlığın yaranmasına səbəb olub. Bununla yanaşı məlum dəyişikliyin digər bir səbəbi isə sərnişin axının vəziyyəti ilə bağlıdır. Belə ki, aparılan təhlillər nəticəsində son dayanacaq olaraq müəyyən edilən yeni ərazidə sərnişin axını daha çoxdur.

7 nömrəli marşrutun hərəkət trayektoriyası da 30 noyabr tarixindən dəyişdirilərək 9-cu mikrorayon Həmzə Babaşov – İlqar Cümşüdov küçəsi – Cavadxan küçəsi ilə, Abbas   Mirzə Şərifzad küçəsi istiqamətində Nazim Hikmət küçəsi – Əbdürrəhimbəy  Haqverdiyevə küçəsi, əks istiqamətdə  Hüseyn Cavid prospekti – Həsən Məcidov küçəsi – Əhməd Cəmil – Əbdürrəhimbəy Haqverdiyev küçəsi olmaqla müəyyən edilib.

Bu dəyişikliyin edilməsinin əsas səbəbi isə bəzi küçə və prospektlərdə hazırkı hərəkət trayektoriyası ilə yol hərəkəti qaydaları arasında uyğunsuzluğun olmasıdır.

Etikxeber.az

 

Read Previous

İsrail Prezidenti yanğınların söndürülməsində iştirak edən FHN-in əməkdaşlarına təşəkkür etdi – FOTOLAR

Read Next

Əliyev Britaniyanın baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir