Bu gün-28 iyun tarixində Şəhid bacısı, Şəhid qohumu və 20 ilin qüsursuz-peşəkar hərbçisi olmuş, 2020-ci ilin aprelində, cəmi 41 yaşında qəflətən dünyasını dəyişmiş Rəşad Allahverdiyevin xanımı Günay xanımın, Günay Allahverdiyevanın dəvəti ilə onların Goranboy rayonunda, Goranboy şəhərindəki evində-ocağında oldum…
Qurban bayramı münasibəti ilə Günay xanımın atası-Şəhid Fariz Şıxalıyevin atası, Şamaxılı Şahverdi Şıxalıyev də qızına və nəvələrinə baş çəkmək üçün Goranboya, qızıgilə gəlimişdi…
Qeyd edim ki, Şəhidimizin atası və ailəsi hələ iki il öncədən, Fariz Şıxalıyevin Anım Günündə, Şamaxıda-Qaravəllidə tanış olmuş və bu tanışlıq da Günay xanımın vasitəsilə baş tutmuşdu…
Və elə həmin vaxtdan da Şıxalıyevlər ailəsi ilı səmimi-dostluq münasibətlərimiz yaranmışdı…
Onu da qeyd edim ki, Şıxalıyevlər ailəsi bir il, bir neçə ay ərzində-2020-ci ildə üç itki, üç faciə yaşayıblar…
2020-ci ilin aprelində Şıxalıyevlər ailəsinin yeganə kürəkəni Rəşad Allahverdiyev 41 yaşında dünyasını dəyişib…
Aylar sonra-İkinci Vətən Müharibəsi zamanı Şıxalıyevlər ailəsinin üç övladından birini-ali hərbi təhsilli Fariz Şıxalıyev Şəhidlik məqamına ucalıb…
Farizin Şəhidliyindən cəmi günlər sonra, noyabr ayında isə bibisi oğlu-Şahverdi Şıxalıyevin 20 yaşlı bacısı oğlu Yalçın Rəhimov qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib…
Rəşad Allahverdiyev iki övlad, iki oğul atası, Fariz Şıxaliyev 1 oğul atası idi və demək olar ki, bu yaxınlarda üç yaşı tamam olacaq övladının üzünü heç doyunca görməmişdi…
Əbədiyyətə uğurlandığı gün-oktyabrın 29-da övladının üç ayı tamam olmuşdu…
Cəmi 20 yaşlı, Ağsulu-MAXE Yalçın Rəhimov isə nişanlı idi…
Rəşad Allahverdiyevin ailəsini, ocağını, doğmalarını ziyarətim iki saata yaxın çəkdi…
Onları həm Qurban bayramı münasibəti ilə təbrik etdim, həm də “Hər iki Şəhidimizin və Vətən sevdalısı Rəşad Allahverdiyevin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…
Hər üçünün də ruhu qarşısında baş əydiyimi dilə gətirdim…
Hər zaman Şəhidlərimizə və Vətən sevdalısı hərbçilərimizə-Rəşad Allahverdiyevlərə borclu olduğumu, borclu olduğumuzu söylədim…
Həm Şəhid atası, həm Şəhid dayısı, həm tək qızının yoldaşını-tək kürəkənini vaxtsız itirmiş Şahverdi kişi, həm də Şəhid bacısı, Şəhid qohumu və 20 ilin peşəkar hərbçisi olmuş həyat yoldaşını itirmiş Günay xanımla söhbətləşdim, dərdləşdim…
Onlara, Qəhrəmanlar ailəsinə bir daha Allahdan səbr və dözüm dilədim…
Onlarla birlikdə hər üç Vətən sevdalımızın, İgidimizin, Qəhrəmanımızın qısa, lakin şərəfli həyat, hərb və döyüş yoluna nəzər saldım…
Onlarla birlikdə təsirləndim, kövrəldim…
Həm də Qürurlandım, Fəxr etdim…
Hər üçünün də həyat, ömür, hərb yolu Qəhrəmanlıqlarla, Vətən naminə fədakarlıqlarla doludur…
Hər üçü də Nur içində yatsınlar!
Məqamları ali, Ucalardan-uca olsun!
Fəxrimiz, Qürurumuz, Baş tacımızdırlar!
***
FOTOLAR:











Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az