“20 mindən çox gənc müəllim işə qəbul olunub” – NAZİR – YENİLƏNİB

2003-2018-ci illərdə Azərbaycanda 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub.

Etikxeber.az-ın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında bildirib.

Onun sözlərinə görə, bunun nəticəsində 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşıb.

 Nazir qeyd edib ki, Azərbaycanda ikinci növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizədək azalıb.
***

“Növbəti tədris ilində icma əsaslı məktəbəqədər qrupların sayının artırılaraq 300-ə, həmin qruplarda təhsil alan uşaqların sayının isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur”.

Bunu da C. Bayramov çıxışı zamanı bildirib.

Ceyhun Bayramov qeyd edib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən bir qədər də artıb, müraciət edənlərin sayı 55 mini ötüb:

“Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub”.

Təhsil nazirinin sözlərinə görə, bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi müəllimlik ixtisasını seçib:

“500-dən çox bal toplayan hər 4 abituriyentdən birinin elektron ərizəsində yazdığı ilk ixtisas müəllimlik olub. Bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir”.

Etikxeber.az

Read Previous

“Uşaqpulu”, gəlirlərin deklorasıyası haqqında qanun… – VÜQAR BAYRAMOV YAZDI

Read Next

“Niyə ağlına gələn bəyanatlarla çıxış edirsən?!” – ƏLİ ƏHMƏDOVLA SƏRDAR CƏLALOĞLU ARASINDA QALMAQAL

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir