20 nəfərlik İdarə Heyətindən, 84 nəfərlik Siyasi Şuradan hansı tanınmış YAP-çılar-GEDƏ, UZAQLAŞDIRILA BİLƏR? HAKİM PARTİYANIN QURULTAYA GETMƏSİ İSTİSNA OLUNMUR – YENİLƏNİB

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin qız nəvəsinin, sabiq millət vəkili İlham Əliyevin qızının toyu məsələsi ətrafında yaranan, yaşanan müzakirələr, qalmaqal səngimək bilmir.

Mehdiyevin kürəkəni və kürəkəninin qudası 15 sutkalıq həbs cəzası alsalar da, karantin qaydalarını pozmaqla, toyda iştirak etdiklərinə görə, YAP İdarə Heyətinin üzvü-İcra katibinin müavini, Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov barəsində partiya töhməti elan olunsa da, eyni zamanda, onunla birgə həyat yoldaşı-Ombudsman Səbinə Əliyeva, o cümlədən, hakim partiyanın İdarə Heyətinin digər üzvü-akademik Abel Məhərrəmov, sabiq nazir-AMEA prezidentinin müşaviri, YAP-çı Əli Abbasov və digərləri 400 manat məbləğındə cərimələnsələr də, məsələnin, proseslərin bununla kifayətlənməyəcəyi, bitməyəcəyi açıq-aydın görünür.

Xüsusilə, telekanallarda gedən, davam edən müzakirələr, sərt ittihamlar…deyilənləri əyani şəkildə təsdiqləyir, yəni, məsələ bitmiş deyil, bitmiş sayıla bilməz

Yəni, adları çəkilən şəxslərlə bağlı digər addımların atılcağı da istisna olunmur və deyil.

Onu da nəzərə alsaq ki, YAP İcra katibinin iki müavinindən biri olan S. Novruzovla sabiq rektor A. Məhərrəmov partiyanın ən ali və həlledici orqanı-İdarə Heyətinin, ən ali seçkili orqanı-Siyasi Şuranın üzvləridir (həmçinin, R. Mehdiyev də YAP Siyasi Şurasının üzvüdür), o zaman həm ictimaiyyətinin haqlı etirazı və qəzəbindən, həm də ən əsası ölkə Prezidenti, YAP sədri İlham Əliyevin sərt və birmənalı reaksiyasından sonra adları çəkilənlərin həmin strukturlarda təmsilçiliyi sual altına düşür, düşə bilər.

Düzdür, İdarə Heyəti və Siyasi Şura hakim partiyanın qurultaylarında formalaşdırılır, seçilir, amma bununla belə, siyasətdə, siyasi proseslərdə bəzən çevik qərarların alınması üçün istənilən həll mexanizminin tapılması və icra edilməsi mümkündür, gözləniləndir, istisna deyil.

Qeyd edək ki, YAP İdarə Heyəti 20 nəfərdən, Siyasi Şura isə 84 nəfərdən ibarətdir. Və Siyasi Şura üzvlərinin 20-si həm də İdarə Heyətinin üzvləridir.

Bəs görəsən, İdarə Heyətində kimlər təmsil olunur və kimlər həmin qurumdan (eləcə də, Siyasi Şuradan) kənarlaşdırıla, kənarda qala bilər?

Xatırladaq ki, YAP İdarə Heyəti bu şəxslərdən ibarətdir:

İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri

Hacıbala Abutalıbov – müvəqqəti işləmir

Əli Əhmədov – Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi

Vaqif Əliyev – Mədəniyyət və Turizm nazirinin I müavini

Mehriban Əliyeva – Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini

Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri

Akif Əlizadə -Yeni Azərbaycan Partiyasının Sədr müavini

Əli Həsənov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor

Əli Həsənov – Yeni Azərbaycan Partiyasının Sədr müavini

Yusif Hümbətov – «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri

Nizami Xudiyev – Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri

Eldar İbrahimov – Milli Məclisin deputatı

Kərim Kərimov – Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı

Mübariz Qurbanlı – Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini

Abel Məhərrəmov – akademik

Bahar Muradova – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Siyavuş Novruzov – Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İcra katibinin müavini

Arif Rəhimzadə – müvəqqəti işləmir

Vasif Talıbov – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri

Mixail Zabelin – Milli Məclisin deputatı.

Odur ki, çox yaxın və gələcək dönəmdə İdarə Heyətinin üzvlərindən (həm də Siyasi Şura üzvlərindən) S. Novruzovun (onun həmçinin, İcra katibinin müavinliyindən gedəcəyi deyilir), A. Məhərrəmovun, o cümlədən, iqtidarla aralarında ciddi soyuqluq yaranmış PA-nın keçmiş şöbə müdiri, Prezidentin eks köməkçisi Əli Həsənovun və daha bir neçə nəfərin (sabiq vitse-premyer H. Abutalıbovun, PA-nın sabiq şöbə müdiri Y. Hümbətovun, AzTV-nin sabiq şefi N. Xudiyevin, sabiq deputat K. Kərimovun və sair) hər iki strukturla vidalaşacağı, eyni zamanda, Mehdiyev qarışıq Siyasi Şura üzvlərinin azı 50-60 faizinin başqa şəxslərlə, yenilərlə əvəzlənəcəyi istisna olunmur…

Necə deyərlər, yaşayarıq, görərik.

21:54, 23 avqust

***

S. Novruzovun bu gün YAP İcra katibinin müavini vəzifəsindən istefa verməsindən sonra hakim partiyanın növbəti qurultaya gedəcəyi barədə saytımıza məlumatlar daxil olmaqdadır.

Bir çox tanınmış və nüfuzlu YAP-çılar da bunu istisna etmirlər.

Onlar pandemiyadan sonra-ilin sonlarında, payızda və ya gələn (2021-ci ilin) əvvəllərində, qışda qurultaya gedilə biləcəyini, YAP İcra Katibliyində, İdarə Heyəti və Siyasi Şurada ciddi yenilənmələrin, kadr dəyişikliklərinin ediləcəyini söyləyirlər…

Etikxeber.az

Read Previous

Siyavuş Novruzov YAP-ın İcra katibinin müavini vəzifəsindən-İSTEFA VERDİ, MM-İN KOMİTƏ SƏDRLİYİNDƏN DƏ GEDƏCƏYİ GÖZLƏNİLİR…

Read Next

“Həm toy təşkilatçıları və toyda iştirak edənlər şəhid ailələrindən də xəcalət çəkməlidirlər…”-MƏLAHƏT İBRAHİMQIZI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir