20 Yanvar başqa faciələrə bənzəmədi… – ƏFLATUN AMAŞOV

Ədəbiyyatda itirilmiş nəslin nəhəng nümayəndəsi kimi tanınan görkəmli ABŞ yazıçısı Frensis Skot Ficeraldın qəribə fikri var – mənə qəhrəmanı göstərin, sizə faciə yazım. Yazıçının dəst-xəttinə bələd olduğumdan onun qəhrəman kimi təsəvvür etdiyi şəxsə faciə sonluğunu yaraşdırmasında məntiqilik görmüşəm.

Azərbaycan xalqı və 20 Yanvar. Görünür, faciə ssenarisi də məntiqi idi. Çünki xalq qəhrəmana çevrilmişdi. Ancaq 20 Yanvar başqa faciələrə bənzəmədi. Bədii təxəyyüllərdəki qəhrəmanlar üçün faciə hər şeyin sonudursa, 20 Yanvar başlanğıc idi.

Bizləri dövlət millətinə çevirən, müstəqilliyə aparan yoldakı böyük başlanğıc. Buna görə də 20 Yanvar qəhrəmanlıq salnaməmizin, dövlətçilik tariximizin mühüm səhifəsidir. Bu səhifənin yazılmasında qanını mürəkkəbə çevirən Vətən övladlarının müqəddəs ruhları qarşısında baş əyir, onların şücaətindən qürur duyuram!

Allah şəhidlərimizə rəhmət eləsin!

Əflatun Amaşov,

Millət vəkili

Etikxeber.az

Read Previous

Paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 11 min 940 cinayət qeydə alınıb…

Read Next

“Heydər Əliyev bizi sakitləşdirdi, dedi ki, dəyməyin, işiniz olmasın…” – ƏLİ HƏSƏNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir